Bakıda səfərdə olan Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kalonna deyib ki, ölkəsi Azərbaycan tərəfdən birtərəfli qaydada atılan addımları qəbul etmir: “Bunu bəyan etmişik”.
O həmçinin vurğulayıb ki, Laçın dəhlizinin açıq saxlanması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin bu yaxınlarda verdiyi qərarı yerinə yetirilməlidir: “Bütün bu addımlar etimadın yaradılmasını təmin edəcək”.
K.Kalonna deyib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün şans var. O, vurğulayıb ki, münaqişə dinc yolla həll olmalıdır və bu davamlı sabit sülhə aparan yoldur.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov isə Ermənistanla sərhəddə dörd gün öncə sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bildirib ki, ölkəsi öz Konstitusiyasına uyğun olaraq bu addımı atıb: “Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, üç istiqamət üzrə-vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün Laçın yolu hər zaman açıqdır”.
Azadlıq radiosu