Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Rüstəmov cinayət işinə cəlb edildiyini bildirir.
Rüstəmov Azadlıq Radiosuna deyib ki, İkinci Qarabağ savaşında iştirak edib, lakin ona bu status verilmir: “Müraciətimə haqsız olaraq imtina gəlib, mən də bu qərara etiraz etmək üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm. Dünən, martın 28-də də gedəndə məni “iş təklif edəcəyik” deyib aldatdılar. Mülki maşına mindirdilər və Yasamal rayonun 26-cı polis bölməsinə apardılar”.
Azadlıq radiosu