2023 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 2006 2005 2004 2003 2002 2001 2000 1999 1998 1997 1996 1995 1994 1993 1992 1991 HƏR YERDƏ AXTAR Siyasət İqtisadiyyat Maliyyə Enerqetika Analitika İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi) Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər) Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada) Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər) VƏ YA İFADƏ
















Açiq mənbələrdən foto.
Bakı bir daha Qarabağ ermənilərini görüşə dəvət edib
Siyasət
2023 Mart 27 ( Bazar ertəsi ) 11:34:27
Bakı/27.03.23/Turan: Martın 27-də Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha görüşə dəvət edib.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, deyə Prezident Administrasiyasının rəsmi məlumatında bildirilir.
Xatırladaq ki, ilk görüş Xocalıda Rusiya sülhməramlılarının rəhbərliyinin vasitəçiliyi ilə keçirilmişdi. Amma görüşdən sonra Ermənistan tərəfi özünü Azərbaycanın tərkibində görmədiyi üçün reinteqrasiya məsələsini müzakirə etmək niyyətində olmadığını və Qarabağın müstəqilliyi uğrunda mübarizə aparacağını bildirib.
Contact.az