ABŞ Azərbaycanla İran arasında gərginliyin davam etməsini “narahatlıqla” izləyir

Dövlət Departamenti bazar ertəsi İran hərbi təyyarəsinin sərhədi keçməsi ilə bağlı Bakı ilə Tehran arasında yaranmış son gərginliyə reaksiya verib.

“İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub. O, qonşularını – yaxın və uzaqları təhdid edən  addımlar atır”, – Dövlət Departamentinin sözçüsü Ned Prays TURANın müxbirinin sualına cavabında bildirib.

“Biz davam edən gərginliyi narahatlıqla izləyirik” , о dedi.

“Bizim yanaşmamız Cənubi Qafqazda Azərbaycan və Ermənistanla əlaqələri gücləndirməkdir ki, Cənubi Qafqaz regionu daha sabit və münaqişə və gərginliyə daha az əsas olsun”, – Prays bildirib.

Xatırladaq ki, İranın hərbi təyyarəsi ötən həftəsonu Azərbaycanla sərhəd boyu 40 dəqiqə, bəzən isə sərhədin üzərində uçub.

Azərbaycan Xarici İşlər Nazirliyi şənbə günü İranın Bakıdakı səfirini bu addıma etiraz olaraq çağırıb və bunu “təxribat xarakterli və qeyri-dost hərəkət” adlandırıb. 

Contact.az