Ermənistanın “Qrapark” nəşri bildirib ki, martın 10-da Nikol Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşü keçirilib.
Elə həmin gün qayıdan Araik Arutyunyan ətrafındakılara “Paşinyanla görüşün ağır keçdiyini” bildirib.
“Paşinyan Bakının Qarabağın Azərbaycana inteqrasiya olmalı olduğu və qarabağlıların azərbaycanlılarla ortaq dil tapmalı olduğu haqqında nöqteyi-nəzərini təkrar edib, başqa alternativ olmadığını və ya bu alternativin müharibə və 120 min qarabağlının məhv edilməsi olduğunu bildirib. Paşinyan beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkibində müəyyən status, müstəqilliyin təmin ediləcəyini vəd etdiyini deyərək ümidləndirib. Araik Arutyunyan Arsaxa ağır əhval-ruhiyyə və təəssüratlarla qayıdıb və yaxın ətrafına artıq prezident vəzifəsində qalmaq istəmədiyini bildirib”, deyə “Qrapark” yazır.
Nəşr həmçinin xatırladır ki, bir müddət əvvəəl Arutyunyan “Qarabağ qanunvericiliyinə” ona “prezidentlik müddəti” başa çatmazdan əvvəl hakimiyyəti başqa şəxsə ötürmək hüququ verən düzəliş təşəbbüsü irəli sürüb.
Bu məlumatdan Arutyunyanın Qarabağdan necə çıxdığı və necə qayıtdığı məlum olmur. Göründüyü qədər, o, Qırmızı Xaç Komitəsinin maşını və ya sülhməramlıların yük maşını ilə gedib.
Contact.az