Ukrayna hərbiyyəsi Rusiya hərbçiləri tərəfindən güllələndiyi iddia olunan ukraynalının kimliyini müəyyənləşdirdiyini bildirib.
İddia olunan edam səhnəsinin videosu sosial media platformalarında yayılıb.
Ukrayna bu hadisə ilə bağlı beynəlxalq hərbi cinayət araşdırmasının keçirilməsinə çağırıb.
Ukrayna silahlı qüvvələrinin 30-cu əlahiddə mexanikləşdirilmiş briqadası martın 7-də teleqram kanalında yayılmış bəyanatda bildirir ki, ilkin məlumat videodakının onun hərbçilərindən biri olduğunu göstərir.
Bəyanatda bu şəxsin Timofi Mikolayaviç Şadura olduğu deyilir.
Azadlıq radiosu