Azərbaycan parlamentinə minimum əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.
“Əmək pensiyaları haqqında” qanuna düzəlişlər layihəsinə əsasən, 2023-cü il yanvarın 1-dən minimum əmək pensiyası 40 manat (23,5 ABŞ dolları) – 240 manatdan (141 dollar) 280 manatadək (164,7 dollar) artırılacaq. Yaxın günlərdə Milli Məclisin Sosial siyasət komitəsinin ilcasında sənədə baxılacaq.
Artım 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş hesab ediləcək, ölkə parlamentindən bildiriblər.
Contact.az