“Azərbaycan” nəşriyyatının rəhbərliyi problemin həllinə söz verdi…
Bu gün “Azərbaycan” nəşriyyatında uzun illərdir fəaliyyət göstərən redaksiyaların çoxsaylı jurnalistləri və rəhbər şəxsləri icarə haqlarının heç bir səbəb olmadan süni qaldırılmasına etiraz əlaməti olaraq tədbir keçirdilər. Tədbir nəşriyyatın qarşısında baş tutdu. Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin 3 PPX avtomobilində olan polis əməkdaşları, eləcə də ərazi polis bölməsinin əməkdaşları gəlmişdilər. Lakin polis əməkdaşlarının jurnalistlərlə fərdi söhbətindən sonra onlar da məlumatlandırıldılar ki, tədbir siyasi aksiya yox, icarə haqqının qaldırılmasına etiraz tədbiridir.
Çoxsaylı qəzet, sayt və internet TV-lərin də əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər keçmiş rəhbərlikdən (Ağabəy Əsgərov) miras qalmış təmirsiz, biabırçı otaqlara görə qiymətlərin təxminən 60 faiz qaldırılmasının yolverilməz olduğunu bildirdilər və bu məsələnin tezliklə həll olunacağına ümid etdilər.

Tezadlar