Bakı küçələrində divarlara əsgər ölümlərinə etiraza çağıran şüarlar yazılıb. Şüarları kimlərin yazdığı məlum deyil.
«Əsgər ölümlərinə yox deyin!», «Səfər Əbiyev istefa versin!», «Əsgər ölümlərinə etiraz et!», «Əsgər ölümlərinə vətəndaş etirazını bildir!», «Əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsinə etiraz et!» kimi şüarların bəzilərinin altında yanvarın 12-i saat 16.00-da Fəvvarələr Meydanında aksiyaya çağırışlar da yer alır.
Şüarlardan biri isə belədir: “Orduda əsgərimiz can verir, İlham onun qətlinə fərman verir”.