Çərşənbə günü ABŞ prezidentinin baş köməkçisi işarə edib ki, Ağ Ev gələn il üçün planlaşdırılan ikinci Demokratiya Sammitində hamının iştirakçı olmasını istəyir.
Eyni zamanda Milli Təhlükəsizlik Şurasında insan haqları üzrə baş direktor olan Rob Berşinski Vaşinqtonda brifinq zamanı jurnalistlərə deyib ki, ABŞ tərəfdaşlarını demokratiyanın təşviqində və korrupsiyaya qarşı mübarizədə daha fəal olmağa çağırır.
“Bu, həm dəvət etdiklərimiz, həm də dəvət etmədiklərimiz üçün keçərlidir”, – Berşinski Turan-ın müxbirinin Azərbaycan və Türkiyənin sammitə dəvət edilib-edilməməsi barədə sualına cavabında deyib.
“Yoxlama siyahısı yox idi. Lakin biz açıq şəkildə bildirdik ki, dialoqa girmək istəyirik və nəticədə məqsədimiz siyasi iradə iradənin olduğu təqdirdə hamını cəlb etməkdir”, – Berşinski deyib.
İkinci sammitin martın 29-30-na planlaşdırılıb və Kosta- Rika, Niderland, Cənubi Koreya və Zambiya ilə birlikdə təşkil ediləcək.
Formata gəlincə, Ağ Ev martın 29-da dünya liderlərini virtual plenar iclas formatında bir araya gətirməyi planlaşdırır. Ardınca isə hər ev sahibi olan ölkədə hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələrilə şəxsi görüşlər keçiriləcək.
“Biz ötən il seçdiyimiz bir çox əsas mövzular üzrə yüksək səviyyədə görüşlər keçirmək niyyətindəyik, lakin mən onlardan ancaq bir neçəsinin adını çəkəcəyəm: azad və müstəqil KİV-in dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, demokratik islahatçıların dəstəklənməsi, demokratiya üçün texnologiyanın təşviqi, azad və ədalətli seçkilərin müdafiəsi və siyasi proseslər”, – o deyib.
İlk sammitin nailiyyətləri barədə sualın cavabında Berşinski deyib ki, iştirakçılar 700-dən çox müxtəlif öhdəlik götürüblər və “onların bir çoxu müxtəlif cür həyata keçirilir”.
Contact.az