Cinayətə görə işdən qovulan Vəkillər Kollegiyasının rəhbərliyində yer alır

Vəkil Əlayif Həsənov

Bu gün Şəki Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasına qarşı iddiam üzrə Şəki İnzibati Məhkəməsinin qərarından verdiyim apellyasiya şikayətinə baxıldı və sifariş üzrə apellyasiya şikayətim rədd edildi. Təbii ki, yeni iddialarım , Ali Məhkəmədə kassasiya şikayətim, Avropa Məhkəməsində 3 şikayətim qalır. Məhkəmədən qayıdanda Toplum Tv bəzi VK-nın son konfransı barədə fikirlərimlə maraqlandı, verlişdə çıxışımın bir hissəsi verilmədiyindən burada paylaşmağı zəruri bildim.

  1. Konfrans Türkmənistan Xalq Məsləhəti Şurasının qurutayı tipində olmaqla çox utancverici idi.
  2. Son 5 il ərzində “Vəkillik zirvələrdə” devizi altında aparılan təbliğatın tam fiaskosu oldu, dəfələrlə ələkdən keçirilərək təyin edilmiş konfrans iştirakşılarının etimadına belə ümüd etməyən hakimiyyət açıq səsvermə ilə rəhbərliyi formalaşdırdı, təyin etdi.
  3. VK-nın rəhbərliyinə təyin edilənlərin (qanuna görə nifuzu olanlar seçilməlidir) nifuzu məsələsi kifayət qədər qaranlıq qaldı, rəsmən prokurorluqdan qovulan, yaxud atası prokurorluqdan cinayətə görə qovulan şəxslərin VK-nın rəhbərliyində yer alması hakimiyyətin , elcə də təyinatı həyata keçirmiş VK rəhbərliyinin vəkilliyə münasibətinin göstəricisi sayıla bilər.
  4. Niyə vəkillərin ümumi yığıncağının keçirilməsindən imtina edildi? Hətta konfras təyinatı həyata keçirmək məqsədi ilə toplanmışdısa belə bunu qismən abırlı etmək olmazdımı? Deyək ki, əvvəlki konfrans vəkillərin 1/9-nun iştirakı ilə keçirilmişdisə, 5 illik müvəffəqiyyət bağırtılarından sonra 1/15 təmsilçiliklə konfrans keçirmək qədər alçaldıcı, etimadsızlıq nə məna verirdi?
  5. VK-nın təsis yığıncağı da müəyyən stndartlardan uzaq olsa da alternativ fikirlər, alternativ namizəd vermə, konfrasda iştirakçılığa cəhdlər vardı, hazırkı təyinata isə hətta VK ya qarşı işləri Avropa Məhkəməsində müvəffəqiyyətlə yekunlaşmış, lakin vəkillik fəaliyyəti bərpa edilməmiş vəkillərin belə yadda qaldı.
  6. VK rəhbərliyinin fəxrlə təbliğ etdiyi , üzvü Avropa Vəkillər Kollegiyalı Cəmiyyətində daha hansı Kollegiyada bu cür təyinat həyata keçirilə bilər?
    Dünən Onik Kardaşın “Qafqazlı ağılsızın gündəliyi” kitabını oxuyurdum, bu kitab insan rühünü, inandığı ideallar uğrunda mübarizə əzmini təzələyir. Bu gün məhz həmin təsir altında məhkəmə binasının önündə selfi şəkib “Don Kixot” sərlövhəsi ilə paylaşmaq niyyətim vardı, başım qarşıdı, istəyimi həyata keçirmədim.
    Amma mübarizə bitmir.
    Narazı, özünə hörmət edən onlarla vəkillər zəng ediblər. Əvvəl müraciət etmişdim, təkrarlayıram: biabırçılığa susmayın, məsələ publik çıxışda deyil, bütün məlumatları yazın, hesabat hazırlamaq bizdən