26 noyabrda MHŞT üzrə Azərbaycan Milli Koalisiyası özünün XXII Ümumi Yığıncağını keçirdi.
Koalisiyanın ilk yaradıcılarından olan ictimai xadimlər Sabit Bağırov və Himayət Rizvanqızının sədirliyi ilə keçən Ümumi Yığıncaqda Şuranın fəaliyyəti yüksək qiymətləndirildi və onlara bundan sonra da Şəffaflıq uğrunda həyata keçirdikləri fəaliyyətlərdə daha ardıcıl və prinsipial olmaları arzu edildi.
MHŞT sahəsində tanınmış iqtisadçı ekspertlərdən Qubad İbadoğlu, İnqilab Əhmədov, Zöhrab İsmayıl, Ruslan Atakişiyev,müstəqil Vətəndaş Cəmiyyətinin tanınmış simalarından, Fuad Həsənov,Nəsimi Məmmədli, Sevil Yüzbaşova,Əlövsət Sadıqlı,Asif Yusifli, Nəsrulla Nurullayev,İlqar Hüseynli, Aslan Vəliyev,Jalə Cəfərova,Pərvanə Talıbova,Cəmil Hacıyev, Sadiq Həsənov və digər nüfuzlu şəxslərin qatıldığı toplantının sonunda Ümumi Yığıncağın bəyannaməsi müzakirə və qəbul edildi.
Ümumi Yığıncağa qatılmış MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü olmuş, Qırğzıstan Milli Koalisiyasının rəhbəri Kalia Moldaqazıyeva da çıxış edərək Azərbaycanlı həmkarlarını təbrik etdi və onlarla əməkdaşlıqdan məmnunluğunu bildirdi.