AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Gültəkin xanıma xüsusi ittiham qaydasında idda qaldırmış Leyla Arifin təsadüfən iki-üç statusunü gördüm. Əvvəlcə inana bilmədim ki, bu yazıları Azərbaycan vətəndaşı yazıb. Aşağıda həmin statuslardan ikisini paylaşıram. Onun yazdığı fikirləri ancaq Azərbaycana nifrət edən fars şovinistlərinin, erməni millətçilərinin ağzından eşitmək olar.
Diqqət edin, bu xanım yazır ki, “İran.. Azərbaycanı 1813- cü ildə Rusiyaya verdim o sahib çıxa bilmədi, indi geri alıram deyirmi? Deməyib…. İran torpaqlarına idda bildirməyin ədəbli olun.. Biz İranın bir parçası olmuşuq, İran Azərbaycanın deyil”. Yəqin Leyla xanım bu yazını İlham Əliyevin “İranda yaşayan azərbaycanlılar da xalqımızın bir parçasıdır, mən onların da hüquqlarını qoruyacam” sözlərini dinlədikdən sonra əsəbiləşərək ona cavab verib.) Ya da, o, bu statusu son vaxtlar Azərbaycan dövlətinə bağlı televiziyalarda Güney Azərbaycan fars əsarətindən azad olub müstəqil dövlət olmalıdır təbliğatına qarşı etirazınl bildirmək, İranın bütövlüyünü qorumaq üçün yazıb.
Bunun belə olduğunu, o, özü də heç gizlətmir. O, statusunun birində “AzTv” – nin İrana qarşı reportajından şəkil paylaşıb İranın anti- Azərbaycan siyasətinə haqq qazandıraraq görün nələr yazır “.. Bizi bağırlarına basmalıdırlar? Yoxsa ölkəmizi özlərinə təhdid görməməlidirlər?.. Bəyəm 32 ildir ölkəmizdə söylənən fikirlər İran üçün təhdid deyil?”. Bu açıq aşkar İranın Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirdiyi düşmən siyasətə, Şəhidlərimizin qanını tökmüş bu dövlətə verdiyi dəstəyə i haqq qazandırmaq deyil, bəs nədir? Ölkəmizə ölkəyə qarşı düşmənçilik daha necə olur, varmı buna bəraət qazandıracaq bir izah ? Azərbaycana qarşı nifrət, kin, qəzəb o qədər açıq aydın görünür ki, kimsə bunu malalmağa cəhd etməsin gərək.
Başqa bir statusunda bu xanım millətlər arasında ədavət, düşmənçilik və etnik zəmində nifaq salmağa yönəlmiş qərəzli fikirlərini paylaşır. Diqqət edin, bu xanım heç düşmənlərin belə bu günə qədər bizim ölkə haqqında deyə bilmədiyi iftiraları deməkdən çəkinmir. Yazır ki, “Azərbaycan türkləri bu ölkədə yalnız özünə sahib çıxmaq istəyir, özünə tarix yazır, tarix uydurur,.. hər yerdə türklərin sahib olmasını istəyir, sanki ölkənin siyasi mədəni həyatında başqa xalq olmayıb, ancaq türklər var”. Daha sonra isə düşmənçilik və nifaq toxumu səpərək türkləri nəzərdə tutaraq yazır ki, “hər kəsi əzərək, təhqir edərək, haqqını yeyərək multikulturalizm və haqq, ədalətdən danışır.” Biz müxtəlif olaraq bu hakimiyyəti demokratiya və insan hüquqlarını boğmaqda, zorakılıqda, korrupsiyada daim tənqid etsək də, heç kim deyə bilməz ki, bu günə qədər ölkəmizdə milli zəmində kiməsə qarşı ayrıseçkilik edilib, milli zəmində təzyiqə məruz qalıb. Bunu yalandan demək, təkcə haqsızlıq deyil, həm də məqsədli şəkildə milli zəmində nifaq, düşmənçilik salmaq cəhdidir və bunun qarşısını almaq hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifədir. Belə bir mövqeyə etiraz edən Gültəkin xanımın dövlətçi mövqeyini bir kənara qoyub, məsələni iki qadının konflikti kimi təqdim edənlər əslində bilərəkdən, ya da bilməyərəkdən diqqəti məsələnin əsil mahiyyətindən yayındlrmağa çalışırlar.
Aydın görünür ki, bu xanımın hədəfində təkcə Gültəkin xanım deyil, həm də ölkədə milli münasibətləri pozmaq, etnik zəmində ədavət yaratmaqdır. Əgər onun qarşısı alınmazsa, hüquqi məsuliyyət tələb olunmazsa, bu cəmiyyətimizin bütövlüyü, xalq olaraq birliyimizi pozmaq istəyənlər üçün yaşıl işıq yandırılması demək olacaq.
Ona görə də ölkəmizi İranın bir parçası hesab edən, bu dövlətin anti- Azərbaycan siyasətinə haqq qazandıran, türklərin digər xalqları əzdiyi ilə bağlı yalan və iftira xarakterli fikirlər səsləndirib millətlər arası ədavət toxumu səpməyə çalışan bu adama qarşı siyasi mövqeyindən aslı olmayaraq hər kəsin mövqeyi aydın və birmənalı olmalıdlr. Əksini etmək isə onun bu fikirlərinə ortaq, şərik çıxmaq deməkdir.
Əgər Azərbaycan hakimiyyəti belə bir adamdan Gültəkin xanıma qarşı istifadə edirsə və ya onun əsasız iddiasından bir fürsət kimi yaralanıb öz siyasi rəqibinə zərbə vurmaq istəyirsə, bu artıq həm də rejimin özünün antimilli mahiyyət daşıdığını, həmin bu Leyla Ariflə eyni dəyərləri bölüşdüyünü, Güney Azərbaycan haqda səsləndirdikləri fikirlərin boş əsasız olduğunu göstərir.