Milli Məclis Milli Assambleyanın qətnaməsini tənqid edib
Azərbaycan Milli Məclisi də Fransa Milli Assambleyasının qətnaməsinə münasibət bildirib.
Milli Məclis Senatın noyabrın 15-də qəbul etdiyi məlum qətnaməni də xatırladaraq baş verənləri Fransa qanunverici orqanlarının “siyasi avantüra meydanına çevrilməsi” kimi dəyərləndirir.
Müəllif deputatlar hesab edirlər ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmamasıdır: “Vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması,… bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur”.
+++
Fransa Milli Assambleyası noyabrın 30-da Ermənistana dəstək ifadə edən, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməni qəbul edib.
Sözügedən qətnamə bir müddət öncə Fransa Senatında qəbul olunmuşdu. O zaman Azərbaycan Fransaya nota verdi.
Qətnamədə erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış yer alır. Eyni zamanda hökumətə təklif olunur ki, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları və işğalı davam etdirərsə, fərdi sanksiyaların tətbiqini nəzərdən keçirsin.
Azadlıq radiosu