Eks-prezidentin vəkilləri Şalva Xaçapuridze və Valeri Gelbaxiani jurnalistlərə deyiblər ki, Saakaşvilinin qanında ölümcül zəhər – mərgümüş aşkar olunub
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həkimləri onun Tbilisidəki klinikadan məhkəməyə gətirilməsini qadağan ediblər.
Saakaşvili bu məhkəmə dinləməsində iştirakının və çıxış etməsinin təmin olunmassını özü istəmişdi.
Noyabrın 29-da hakim Nino Çaxnaşvili həkimlərin tövsiyəsini nəzərə alaraq Saakaşvilinin sözü gedən məhkəmə dinləməsini təxirə salıb.
Mixeil Saakaşvilinin məhkəmə dinləmələri bundan əvvəl onun səhhəti ilə bağlı dəfələrlə təxirə salınılb.
Həkimlər Saakaşvilinin məhkəməyə gətirilməsini qadağan ediblər
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili noyabrın 28-də məhkəmədə çıxış edə bilməyib.
Beləki onu müalicə edən həkimlər cəzaların icrası departamentinə siyasətçinin Tbilisidəki Vivamedi klinikasından məhkəməyə gətirilməsini qadağan ediblər.
Saakaşvili may ayından bəri bu klinikada müalicə olunur.
Contact.az