Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, Fedai.az saytının qurucusu jurnalist, Qarabağ qazisi Xaqani Ədəboğlu (Rzaquliyev) qəflətən vəfat edib.
Xaqani Rzaquliyev 9 noyabr 1963-cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Məhəmmədəmin Rəsulzadə adına Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib. O, 1982-1984-cü illərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissəsində mühəndis-istehkamçı kimi müddətli həqiqi hərbi xidmətdə olub. Müxtəlif illərdə, müxtəlif vəzifələrdə – Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), “Gənclik” jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.
X.Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və “Vətən Müharibəsi” adının seçilməsi təklifi onun adıyla bağlıdır.
O, Birinci Qarabağ müharibəsində iştirak edib və 1992-ci il martın 12-də ağır yaralanıb.
Allah rəhmət eləsin!