Ötən gecə İranın şimalında etirazçıların ordu bölmələrilə toqquşması davam edib. Yerli teleqram-kanallar bildirirlər ki, ən intensiv toqquşmalar Zəncan, Buşəhr, Kərecdə baş verib.
Tehranda hökumət əleyhinə kütləvi nümayişlər yenidən başlayıb.
Etirazçılar “Diktatora ölüm!” şüarını səsləndirirlər.
Hakimiyyət İnterneti tamamilə bağlayıb və VPN-ləri bloklayır.
Hər iki tərəfdən ölənlər və yaralananlar var. Buşəhrdə etirazçılar general Qasım Süleymaninin abidəsini yandırıblar.
Contact.az