“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova 15 il həbs cəzası istənilib. Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
Prokuror deyib ki, Məmmədova qarşı 185 milyon manatlıq mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısı yeyinti nəticəsində “Baku Steel Company”yə ziyan dəydiyini vurğulayaraq həmin ziyanın ödənilməsi məqsədilə Məmmədov və yaxınlarına məxsus, ümumi dəyəri təxminən 70 milyon manat olan xeyli əmlakın müsadirə olunmasını istəyib. Onların arasında Bakı Oksford Məktəbi, bağ evləri, mənzillər, torpaq sahələri və başqa əmlaklar var.
Məmmədovun vəkilləri müdafiə çıxışına hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyiblər.
Azadlıq radiosu