İsrail Azərbaycan parlamentinin Təl-Əvivdə səfirlik açmaq qərarını alqışlayır.
“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasının ən böyük yəhudi icmalarından birinin evi sayılır”, – İsrailin baş naziri Yair Lapid Tvitter-də yazıb.
“Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülərin qurulması üzrə səylərinin bəhrəsidir”, – Lapid öz Tvitter hesabında yazıb.
Contact.az