Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu
Fransa dünyanın ən qüdrətli dövlətlərindən biridir. O, BMT TŞ-nın üzvüdür və dünya siyasətinə ciddi təsir imkanlarına malikdir. Fransanın və ümumiyyərlə fransızların ermənilərə xüsusi simpatiyasının olması tarixi bir gerçəklikdir. Məhz belə bir dövləti Heydər Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrliyinə gətirdi, hərçənd ki, əvvəlki formatda Türkiyə də var idi. Azərbaycanın maraqlarını düşünən ölkə rəhbəri, bu ölkə ilə münasibətləri yaxşılaşdırmağa, onu Qarqbağ münaqişəsi məsələsində ölkəmizin mövqeyini müdafiə etməyə cəlb etməyə çalışmalı idi. İlham Əliyev isə Fransa kilsələrini təmir etməklə və digər qeyri-diplomatik üsullarla bu ölkə hakimiyyərtnin özünün ailə hakimiyyətinə dəstəyini qazanmağa çalışıb. Fransanın, eləcə də bütövlükdə Qərbin Azərbaycan dövlətinin özünə dəstəyini qazanmaq lazım idisə, gərək ölkədə demokratiya yaradaydın, bu da ki, külfət hakimiyyətinin sonu olardı. Fransa Senatı 44 günlük müharibədən dərhal sonra da yekdilliklə (305 lehinə, 1 əleyhinə) antiAzərbaycan qətnaməsi qəbul etmişdi. Dünən yenə də yekdilliklə (295 lehinə, 1 əleyhinə) Azərbaycan əleyhinə çox ədalətsiz və qərəzli qətnamə qəbul etdi. Bəs deyirsiniz ki, İlham Əliyevin xarici siyasəti qüsursuzdur. Senatdakı səsvermənin nəticələrinə baxanda, aydınca görünür ki, İlham Əliyevin xarici siyasəti olduqca qüsurludur. İlham Əliyevin noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqası kimi bivec və əhəmiyyətsiz təşkilatın sammitində iştirak etməsinə nə ehtiyac var idi? Orada çıxış edib Fransanı sərt tənqid etmək nəyə lazım idi? Bu da nəticəsi. İndi Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi üçün Qərbin səylərinin ciddi şəkildə artdığı və bu prosesin onun nəzarətinə keçdiyi bir vaxtda, bu cür davranışlar ölkəmizin maraqlarına vurulan zərbədir. Təbii ki, Senatın qəbul etdiyi qətnamə hökumət üçün məcburi icra ediləsi sənəd deyil, amma çox pis haldır. Günlərin birində hökumət bu sənədə istinad edib müvafiq addımlar ata bilər. Belə bir qətnamə digər Avropa ölkələrini də yoluxdura bilər. Nə isə, külfət hakimiyyəti bizi dünyada rüsvay etməkdə və ölkəmizin maraqlarına zitan vurmaqda davam edir. Rədd olsun külfət hakimiyyəti!