Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Putinin qarşısında ikiqat olmağın daha heç bir faydasl yoxdur, Putin artıq dünyanın izqoyudur.
Putin də heç kimi saymadı, harada bir deşik gördü barmağını, qolunu, başını soxdu o deşiyə. O da İlham Əliyev kimi, Avropa dövlətlərinin qərarları mənim üçün kağız parçasıdır dedi, nüvə kötəkçəsini əlinə alıb dörd tərəfə barmaq silkələdi, dörd yanı özünə və özü ilə birlikdə dövlətinə düşmən etdi.
Amma dünyaya qarşı getmək olmaz ki. Dünya ona qarşı təkəbbürlə, başqalarını tapdayaraq gedənləri elə Putinin gününə salır, özünün həyatı, dövlətinin bütövlüyü təhlükə altındadır. Özü də o İlham, Qurbanqulu-zad deyildi, dünyanın ən böyük, ən qüdrətli, ən varlı dövlətlərindən birinin başında dayanmışdı. İndi Putin nəinki Əliyevə, ya onun tipli başqa avtokrata, heç özünə dayaq durmaq iqtidarında deyil.
Nə olar, Putin yoxdur, Ərdoğan var. Həm də Ərdoğanın qarşısındə əyilməyə lüzum yoxdur, böyük qardaşdır, elə kiçikliyini etsə kifayətdir. Vaxtında əgər Putinin qarşısında əyildiyinin onda birini öz xalqının qarşısında əyilsəydi, Ərdoğana etdiyi yaltaqlığın onda birini öz xalqına etsəydi indi bu vəziyyətə düşməzdi. Nə kiminsə qabağında əyilməyə, nə də kiminsə şestyorkalığın etməyə ehtiyac olmazdı.
Fəqət, Ərdoğan da Putin kimi avtoritar xarakterli birisi olsa da, aralarında prinsipial bir fərq var. Putin “əsas kim səs verir deyil, əsas kim sayırdır” prinsipi ilə total seçki saxtakarlıqlarının məhsuludur və seçki anlayışı onun üçün Rusiyada və Ukraynada keçirdiyi referendumlar qədərdir.
Ərdoğan fərqlidir, o qatıldığı bütün seçkiləri şübhə yeri qoymadan udub. O seçki texnologiyalarının verdiyi üstünlüklərdən yararlana bilər, amma seçki saxtakarlığı onun anlayışında yoxdur. Və İlham Əliyevi də Putindən fərqli olaraq qutudan çıxarmayacaq, onun seçki ilə qutudan çıxmasını tələb edəcək.
Əgər özünün siyasi ömrü çataqcaqsa.