Oktyabrın 6-da axşam saatlarında Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyununda “Qarabağ” Afinada yerli “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəlib. .
Hər üç qol ikinci hissədə vurulub. 68-ci dəqiqədə Kadi parlaq ötürmə ilə Ovusa Kvabenanı meydan sahiblərinin qapıçısı ilə təkbətək çıxardı və “Qarabağ”ın forvardı səhvsiz zərbə endirdi.
82-ci dəqiqədə Marko Vešović sıx pressinq nəticəsində topu rəqibdən alaraq @Olimpiakosun» cərimə meydançasına daxil oldu və qapıçınıda keçərək hesabı 2:0 çatdırdı.
86-cı dəqiqədə isə Ramil Şeydayev heyrətamiz dərəcədə gözəl qola imza atıb.
O möhtəşəm driblingdən sonra cərimə meydançasına daxil olaraq, kəskin bucaqdan yaxın doqquzluğu dəqiq nişan aldı.
Beləliklə, “Qarabağ” ardıcıl ikinci böyük hesablı qələbədən sonra 6 xalla qrupda 2-ci pillədə qərarlaşıb.
Birinci yerdə Fransanın “Nant” klubunu 2:0 hesabı ilə məğlub edən “Frayburq” möhkəmlənib.
3 xalı olan “Nant” üçüncü, “Olimpiakos” isə xalsız olaraq turnir cədvəlinin sonuncu yerini tutur.
Contact.az