AXCP 30 sentyabr 2022-ci ildə Milli Məclisin binası önündə siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz məqsədilə piket təyin etmişdi. Bu yeni qanun layihəsi ölkədə həqiqi müxalifətçiliyi, ümumiyyətlə normal siyasi fəaliyyət imkanlarını tamamilə aradan qaldırmağa və ilk növbədə AXCP-nin özünü qanundankənar elan etməyə hesablandığından, belə bir etiraz aksiyasının təyini və keçirilməsi tamamilə əsaslı idi. Üstəlik, ölkənin quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər və köklü siyasi islahatlar kimi aktual məsələlər də həmin aksiyanın tələbləri sırasında idi.
Çox təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti yenə də ölkə konstitusiyasını və vətəndaşların sərbəst toplaşmaq hüququnu pozaraq, təşkilatçıların aksiya ilə bağlı müraciətinə “məqsədəuyğun deyil” deyib, mənfi cavab verdi. Bununla belə AXCP elan etdiyi aksiyanı keçirmək qətiyyəti göstərdi və aksiya baş tutdu. Hakimiyyətin bu aksiyaya münasibəti isə onun avtoritar mahiyyətini bir daha açıb göstərdi.
Aksiya günü səhər saatlarından etibarən (aksiya saat 16-a təyin edilmişdi) polis təşkilatçıların və aksiyada iştirak edə biləcək fallarının saxlanılması üçün əməliyyatlara başladı. Aksiyanın təyin edildiyi vaxta saatlar qalmış artıq təşkilatçılardan AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP Rəyasət Heyətinin və Milli Şura Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli, AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov başda olmaqla onlarla AXCP funksioneri və fəalı, eləcə də Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu saxlanılmışdı. Ən son dəqiqləşdirilmiş siyahıya görə, aksiyadan əvvəl və aksiya zamanı 177 nəfər saxlanılıb (siyahı mətnin sonuna əlavə olunur). Polisin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, yüzlərlə insan Milli Məclis ərazisində 1 saata qədər müddətdə aksiya keçirə və elan olunan tələbləri səsləndirə bildi. Polis aksiyaçılara qarşı aşırı gücdən istifadə etdi.
Milli Şura AXCP-nin 30 sentyabr aksiyasına hakimiyyətin konstitusiyanı və sərbəst toplaşma azadlığının pozan kobud münasibətini qətiyyətlə pisləyir. Hakimiyyət Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra ölkədə etiraz aksiyası keçirməyi bəzi istisnalarla, faktiki qadağan edib. Milli Şura bu qanunsuz qadağanın aradan qaldırılmasını və insanların konstitusiya ilə təsbit edilən toplaşma azadlığına hörmət olunmasını tələb edir.
Milli Şura beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin fundamental insan haqlarını kobud şəkildə tapdamasına biganə yanaşmamağa, onu təsirli təzyiq vasitələri ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etdirməyə çağırır.
Milli Şura xalqımıza çağırış edir ki, xüsusən də indiki ciddi qlobal dəyişikliklər dövründə ictimai-siyasi cəhətdən daha təşəbbüskar və kütləvi, dinc mübarizəyə hazır olsun. Xalqımız bilməlidir ki, yalnız onun özünün dinc və qətiyyətli mübarizəsi hakimiyyətin ölkəmizdə insan hüquq və azadlıqları üzərində qadağanedici hökmranlığına son qoya bilər.
Saxlanılanların siyahısı:
- Tofiq Yaqublu – Milli Şura, Müsavat Partiyası
- Nurəddin Məmmədli – AXCP Ali Məclisinin sədri
- Seymur Həzi – AXCP sədr müavini
- Bəxtiyar İmanov – AXCP RH üzvü
- Vahid Məhərrəmli – AXCP RH üzvü
- Saqif Qurbanov – AXCP RH üzvü
- Babək Həsənov – AXCP Nərimanov şöbəsinin sədri.
- Faiq Nağıyev – AXCP Xətai şöbəsinin sədri.
- Əlzamin Salayev – AXCP Səlyan şöbəsinin sədri.
- Kənan Basqal – AXCP
- Rövşən Səfərov – AXCP
- İmanlı Məhəmməd – AXCP
- Abdulla Mahmudov – AXCP
- Namiq Əkbərov – AXCP
- Müşfiq İmamquliyev – AXCP
- Tofiq Məmmədov – AXCP
- Samir Babayev – MBH
- Etibar İsmayılov- MHB
- Yeganə Rüstəmova – AXCP
- Sevda İsmayılova – AXCP
- Tünzalə Əmirova – AXCP
- Könül Əhmədova – AXCP
- Aytən Qasımova – AXCP
- Gülnarə Rəhimova – AXCP
- Afa Cəfərova – AXCP
- Nigar Həzi – Müsavat
- Sahib Rüstəmli – AXCP
- Elnur Quliyev – AXCP
- Elnur Həsən – AXCP
- Mətanət Turan – AXCP
- Səyyad Quliyev – AXCP
- Tural Gəncə – AXCP
- Cavid Həsənli – AXCP
- Fariz Əlizadə – AXCP
- Səməd İsmayıllı – AXCP
- Orxan Baxışlı – AXCP
- Orxan Kamal – AXCP
- Əlikram Xurşudov – Müsavat
- Vüsal Mirzəyev – AXCP
- Elvin Əliyev – AXCP
- Mehman Kərimli – AXCP
- Nata Katamadze – AXCP
- Orxan Səlimzadə – AXCP
- Məhərrəm Rza – AXCP
- Sərvan Əhmədov – AXCP
- Amil Bağırov – AXCP
- İsrafil Ələkbərli – AXCP
- Qafqaz Cəfərov – AXCP
- Aydın Rüstəmov – AXCP
- Nemət Abbasov – AXCP
- Sema Əliyeva – AXCP
- Nuranə Səlimova -AXCP
- Rövşən Rəhimov – AXCP
- Seymur Əhmədsoy – AXCP Təşkilat Şöbəsi
- Əziz Məmiyev – Müsavat
- Sahil Qafarov – AXCP
- Elməddin Əhmədov – AXCP
- Cahangir Mansurov – AXCP
- Rövşən Məmmədov – AXCP
- İlqar Ağamalıyev – AXCP
- Müseyib Gözəlov – AXCP
- Ramiz Kamal – AXCP
- Novruz Tağıyev – AXCP
- Elman Qasımlı – AXCP
- Nağıyev Zəkrulla – AXCP
- Gülmirə Aslanova – ictimai fəal
- Sevinc Sadıqova – jurnalist
- Füzuli Qəhrəmanlı – AXCP Beyləqan şöbəsinin sədri.
- Oktay Salayev – AXCP
- Qabil Novruzov – AXCP
- Qafil Cəfərov – AXCP
- Quliyev Beyzada – AXCP
- Elməddin Muradov – AXCP
- Şahlarov Səttar – AXCP Sabirabsd şöbəsinin sədri
- Səmayə İsayeva – ictimai fəal
- Süleymanov Nərgiz – AXCP
- Emin Axundov – AXCP
- Gözəlova Sevinc – AXCP
- Ehtibarova Elmira- AXCP
- İlham Kəbirli – AXCP
- Pərvin Hacıyev – AXCP
- Ramid Nağıyev – AXCP Binəqədi şöbəsinin sədri
- Hüseyn İbrahimli – AXCP Naxçıvan MR KM-in sədri
- Cəlil Hüseynli – AXCP Yasamal şöbəsinin sədri.
- Bəxtiyar Hüseynov – AXCP
- İltifat Mehdiyev – AXCP
- Kamal Heydərli – AXCP Hacıqabul şöbəsinin sədri.
- Orxan Kazımlı – AXCP
- Kamran İmranoğlu – AXCP
- Elçin Dəmirov – AXCP
- Bəhruz İsayev – AXCP
- Hikmət İsayev – AXCP
- Təvəkkül Həsənov – AXCP
- Kənan İsmayilov – AXCP
- Tahir Hüseynov – AXCP
- Şəhriyar Şəkibəyov – AXCP
- Hafiz Qədirov – AXCP
- Atamoğlan Abbasov – AXCP
- Almaz Səfərova – AXCP
- Nazilə Məmmədzadə – AXCP
- Cəfər Baxışov – AXCP
- Paşa Dadaşzadə – AXCP
- Əli Azəri – ictimai fəal
- İbad Zeynalov – AXCP
- Ağadadaş – AXCP
- Gülnarə Quliyeva – AXCP
- Mehriban Hüseyinli – AXCP Xəzər şöbəsinin sədri.
- Fərhad Əsgərov – AXCP
- Əvəz Əhmədov – AXCP
- Rza Səfərsoy – ALÖV partiyasının sədri
- Əbilhəsənov Məhəmməd – AXCP
- Həsənov Fazil – AXCP
- Məlikzadə Asəf – AXCP
- Məhərrəmov Əfsər – AXCP
- Məhərrəmov Mətləb – AXCP
- Cabbarlı Babək – AXCP
- Rüzgar Muradova- ictimai fəal
- Novruz Əlixanov -AXCP
- Hidayət Əsgərov – AXCP
- Sevil Muradova – AXCP
- Kərim Şükürov – AXCP
- Vəlixan Hüseyn – AXCP
- Mövsüm Məmmədov – ictimai fəal
- Mübariz Məmmədov – AXCP
- Cəmşid Hüseynov – AXCP
- Eldar Şirinov – ictimai fəal
- Ruslan Şirinov – ictimai fəal
- Nuranə Aşurova – ictimai fəal
- Rəşad Şirinov – AXCP
- Asim Ağayev – AXCP
- Cavanşir Qafarov – AXCP
- Cavid ibrahimov – AXCP
- Rəşad Quliyev – AXCP
- Bəxtiyar Yusubov – AXCP Gəncə şöbəsinin sədri
- Elçin Nuruşov – AXCP
- Mahir Xəlilov – AXCP
- Ramil Vəliyev – AXCP
- Sakit Bağlrov- AXCP
- Zaur Əsgərov – AXCP
- Xəyal Əliyev – AXCP
- Cəmil Hacıyev – ictimai fəal
- Fuad Abdullayev – AXCP
- Əlisahib Kərimov – AXCP
- Hüseyn Abbas – AXCP
- Vilayət Məmmədov – AXCP
- Nasur Məmmədov – AXCP
- Qəşəm Əliyev – AXCP Ağsu şöbəsinin sədri
- Orxan Kərimov – ictimai fəal
- Hüseyn Fərəcov – Müsavat
- Şirvan Soltanov – AXCP
- Rövşən Hüseynov – AXCP
- Hilal Məmmədli – AXCP
- Elşən Abutalıbov – AXCP
- Nazilə Kərimova – AXCP
- Şaiq Ələkbərov – AXCP
- Əyyam Əkbərov – AXCP
- Ənvər Ağamalızadə – ADR
- Rahib Mirələmli – ADR
- Dilarə Miriyeva – ADR
- Səhlədar İsgəndərli – AXCP
- Zaur Yusifov – AXCP
- Yaşar Məmmədov – AXCP Oğuz şöbəsinin sədri.
- Salehova Kamalə- ictimai fəal.
- Hacıyev Vurğun – ictimai fəal
- Əli Abdullayev – AXCP Şəki şöbəsinin sədri
- Əbülfət Qocayev – AXCP
- Mayıl Lətifov – AXCP
- Telman Hüseynov ( AXCP RH üzvü İlham Huseynin atası. Evin önündən aparıblar).
- Rafiq Səlimov (AXCP RH üzvü Emil Səlimin atası).
- Tamara Səlimova (AXCP RH üzvü Emil Səlimin nənəsi).
- Baha Mikayılov – Müsavat
- Yengibar Əhmədov – KXCP
- Həmid Əkbərov – Müsavat
- Cəbrayıl Dünyamalıyev – ADP
- Əhəd – Müsavat
- Vüqar Novruzov – AXCP
- Sadiq Əmirov – AXCP