AXCP siyasi partiyalar haqqında yeni qanun layihəsinə etiraz aksiyası keçirməklə bağlı qərarını açıqlayıb.
Yeni saxlananların olduğu bildirilir
AXCP sədr müavini Seymur Həzi və partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun da saxlandığı deyilir.
Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.
AXCP-dən söyləyiblər ki, onları mülki geyimli şəxslər saxlayıb: “Etiraz aksiyamızın qarşısını almaq üçün atılmış addımdır”.
Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) isə “Turan”a bildirilib ki, bu barədə heç bir məlumat yoxdur: “Məsələ araşdırılandan sonra əlavə məlumat veriləcək”.
DİN Tofiq Yaqublunun saxlanmasını təsdiq edir
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Turan”a müxalifətçi Tofiq Yaqublunun saxlanmasını tsədiqləyib. Bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə T.Yaqublu saxlanılıb: “Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq”.
+++
Sentyabrın 30-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun saxlanıldığı bildirilir. Onun qızı Nigar Həzinin verdiyi məlumata görə, T.Yaqublunu evdən çıxarkən mülki geyimli şəxslər saxlayıb: “Evimizin hər tərəfində maşınlarda polislər post qurub, atamın çıxmasını gözləyirmişlər. Evdən çıxanda saxlayıblar”.
N.Həzi qeyd edib ki, T.Yaqublu naməlum istiqamətə aparılıb.
T.Yaqubludan başqa daha bir neçə müxalif fəallın da saxlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmin məlumatlarda bu, müxalif düşərgədə aksiya keçirmək niyyəti ilə bağlı izah edilir.
Azadlıq radiosu