İranla sərhəd Astara şəhərində mağazaların əksəriyyəti bağlıdır. Çayxanalarda ehsan verilir. Amma ötən illərə nisbətən əhali küçələrdə az görünür…
Məhərrəmlik ayının (bu il milad təqvimi ilə iyulun 30-da başlayıb) Aşura günü adətən Azərbaycan məscidlərində qələbəlik olur. Amma bu il elə də sıxlıq müşahidə edilmirdi. Üstəlik, bu il məscidlərdə səsgücləndiricidən də istifadə etmirdilər. Astaranın Qum məscidində də az adam gördük. Polislər məscidin giriş qapısında keşik çəkirdilər. Məscidin həyətində çay, şirniyyat paylayırdılar.
Yalnız Azərbaycan bayraqları
Bu il Astaradakı məscidlərdə bir məqam da xüsusilə seçilirdi. Adətən əvvəlki illərdə islama aid bir sıra bayraqlar da gözə dəyirdi. Bu il məscidlərin qarşısında yalnız Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Namaz qılanlar məscidə girirdilər. Deyirdilər ki, məscidin həyətində namaz qılmağa icazə verilmir.
Axtar2022, 08 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:26AZADLIQ BÖLGƏLƏRDƏ
Astarada əvvəlki illərdən fərqli Aşura mərasimləri…
3 saat öncə
İranla sərhəd Astara şəhərində mağazaların əksəriyyəti bağlıdır. Çayxanalarda ehsan verilir. Amma ötən illərə nisbətən əhali küçələrdə az görünür…
Məhərrəmlik ayının (bu il milad təqvimi ilə iyulun 30-da başlayıb) Aşura günü adətən Azərbaycan məscidlərində qələbəlik olur. Amma bu il elə də sıxlıq müşahidə edilmirdi. Üstəlik, bu il məscidlərdə səsgücləndiricidən də istifadə etmirdilər. Astaranın Qum məscidində də az adam gördük. Polislər məscidin giriş qapısında keşik çəkirdilər. Məscidin həyətində çay, şirniyyat paylayırdılar.
Yalnız Azərbaycan bayraqları
Bu il Astaradakı məscidlərdə bir məqam da xüsusilə seçilirdi. Adətən əvvəlki illərdə islama aid bir sıra bayraqlar da gözə dəyirdi. Bu il məscidlərin qarşısında yalnız Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Namaz qılanlar məscidə girirdilər. Deyirdilər ki, məscidin həyətində namaz qılmağa icazə verilmir.
“Kameranı məscidlərə yox, banklara qoyarlar”
Yaşlı bir sakin deyir ki, sovet dövründə də məscidlərə nəzarət var idi: “Məscidlərdən anbar kimi istifadə edirdilər. Amma camaat Aşura günü küçələrə çıxırdı, məscidlərə gəlirdilər. Səhərə kimi küçələrdə sinə döyərdilər. İndi elə şeylər yoxdur. Məscidə girmişdim namaz qılmağa. Mənə dedilər kamera var. Namaz qılanı izləyirlər. Məscid ziyansız bir yerdir. Kameranı məscidlərə yox, banklara qoyarlar”.
Ərçivan qəsəbəsində olan Məhəmməd Hənəfiyyə məscidinin də üzərində üçrəngli dövlət bayrağı dalğalanırdı.
Ərçivan qəsəbə sakini Fəxrəddin Məmmədov deyir ki, ziyarətə gələnlərə heç kim mane olmur.
Üstəlik, əvvəlki illərdən fərqli olaraq bu dəfə Astara rayonundakı məscidlərdə İrandan gəlmiş dindarlar da gözə dəymirdi.
Aşura mərasimlərində müşahidə edilən yeniliklər, görülən tədbirlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi və rəsmi qurumlarla danışmaq mümkün olmayıb
Azadlıq radiosu