Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Ötən il bu vaxt 4 manat 50 qəpiyə olan Slavyanka suyu bu gün 6 manat 10 qəpikdir.
Ötən il bu vaxt 7 manat 50 qəpiyə olan “Çanaq” pendiri bu gün 10 manatdır.
Ötən il bu vaxt 50 qəpiyə olan təndir çörəyi bu gün 75 qəpikdir.
Əksər məhsullarda artım 30-40 faizdir.
Bəs bu bir il ərzində əhalinin maaşları, pensiyaları, müavinətləri 30-40 faiz artıbmı?!
Son il yarım ərzində neft qiymətinin artması nəticəsində ölkəmiz əlavə 26 milyard manat vəsait qazanıb.
Bu vəsait hesabına əhalinin pensiya və maaşlarını artırmaq əvəzinə, qiymətləri 30-40 faiz artıran hökumətin məqsədi nədir?! Bizi məhv etməkmi?!