AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Əli Kərimli Tərtər cinayətini törədənləri müdafiə edir deməklə insanları aldatmaq mümkündürmü? Heç detallara varmağa ehtiyac olmadan deyək ki, Tərtər qətliamını törətmiş bu hakimiyyətə qarşı bu günkü mübarizənin lideri olan bir şəxs, necə bu rejimin cinayətlərini müdafiə edə bilər axı? Burda məntiq hardadır, Əli bəy mübarizə apardığı bir hakimiyyətin bütün cinayət əməllərini hər zaman ifşa etməklə məşğul deyilmi? Bunu bu ölkədə bilməyən varmı? Əli Kərimli nəinki Tərtər cinayəti baş verən vaxt, eyni zamanda Nardaran, Gəncə hadisələri törətdiləndə də ilk olaraq bu məsələdə hakimiyyətin məsuliyyətini gündəmə gətirib əsil həqiqətləri demədimi? Eləcə də Tərtərdə hərbiçilərimiz qətl ediləndə nəinki cəmiyyət, hətta qurbanların yaxınları belə susanda, ilk olaraq danışan, baş verənlərin cinayət faktı olduğunu deyən ilk şəxs Əli Kərimli deyildimi?
İndi onun danışığının orasını burasını kəsib – doğrayıb Tərtərdə baş verənlərə bəraət qazandıran çıxış kimi təqdim etməklə insanları aldatmaq mümkündürmü? Axı, adamlar bu günlərdə daha çox paylaşılan o çıxışı internetdən görüb qoca Şeytanın vəsvəsəsindən onsuz da xəbər tutacaqlar. Və ya interneti olmayan Əli bəy Validə ananın oğlu Elçinin xain olduğunu yazan Tofiq Şahmuradovun nə zamansa etdiyi paylaşımdan xəbərsiz olduğu üçün onun şəklini texniki xəta kimi siyasi motivlərlə həbs olunanlarla bir yerə qoyursa, bu Tərtər cinayətini müdafiə etməkdirmi? Bu fakt bilinən kimi o şəkil də səhifədən götürülür. Əli bəy davamlı olaraq Tərtər cinayətinin hakimiyyətdə olan günahkarlarının cəzalanmasını tələb etdiyi halda, durub bu işdə heç kimi olan Tofiq Şahmuradovu müdafiə etməkləmi bu cinayətə haqq qazandıracaq? Bunu deməklə qoca Şeytan məntiqə deyil, yalnız iftiraya əl atır.
Belə görünür ki, qoca Şeytanın bu məsələdə indiyə qədər etdiyi canfəşanlıq ondan ötrü imiş ki, sonda bu qanlı cinayətə Əli Kərimlinin də adını bulşdırıb qarşılığında bu işdə maraqlı olanlardan öz zəhmət haqqını alsın.
Qoca Şeytan belə bazarlıqları, alver işini yaxşı bilir axı. 1998-ci ildə Camələdin Əhmədovla danışıb, onu Namiq Abbasov vasitəsi ilə Heydər Əliyevə çeçen terrorçusu kimi satmaq müqabilində 500 min pul almaq istəmişdi. Heydər Əliyev də bu yolla o vaxt dəbdə olan terror tamaşalarında birini təşkil etmək istəyirdi. Eyni vaxtda da qoca Şeytan Rəsul Quliyevə də xəbər göndərmişdi ki, 500 min dollar ver, Heydər Əliyevə sui qəsd təşkil edəcəm. Bundan duyuq düşən Qərvənd Camal Heydər Əliyevin çıxış etdiyi Əl Oyunları Sarayına gəlmədiyi üçün oyun pozulmuşdu. Nəticədə o vaxt cavan olan Şeytanın Qərvənd Camalı tamaşa yerində saxta terrorçu kimi güllələtmək planı alınmadığına və eyni vaxtda iki tərəfə – Rəsul Quliyevə və Heydər Əliyevə pulla terror tamaşası satmaq planı ifşa olunduğuna görə, o, həbsə getməli olmuşdu. İndi də öz şakərindən qalmır bu Şeytan. Ancaq bu dəfə də alındlra bilmədi.