İlham Əliyev Ramiz Mehdiyevi pis vəziyyətdə qoydu

ilham-ramiz

ilham-ramiz«Milyarderlər Ittifaqı»na qarşı kampaniya fiaskoya uğradı

Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) təsis ediləndə hakimiyyət nümayəndələrinin bu quruma qarşı kampaniyaya başlaması hər kəsin yadındadır. YAP-çı deputatlar, hökumət rəsmiləri hamısı bir ağızdan RATI-nin və təşkilatı təsis edən nüfuzlu azərbaycanlıların ünvanına olmazın ittihamlar səsləndirirdilər. Hətta Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev səviyyəsində belə, bu təşkilata mənfi münasibət ifadə edildi.
PA rəhbərinin RATI ilə bağlı söylədiklərini bir daha xatırladaq: “Mən buna mənfi yanaşıram. Bir tərəfdən, həmin qurumun regionlarda yaranmış diaspora ilə heç bir əlaqəsi yoxdur. Ikinci tərəfdən, burada ümumi maraqlardan kənar məsələ müzakirə olunub, həmin təşkilatın üzvləri şəxsi maraqlarını və məqsdələrini sürmək məqsədilə belə bir təşkilat yaradıblar. Bir daha deyirəm, mənim bu məsələ ilə bağlı fikrim çox mənfidir.
Hələ bu təşkilat yaranmamışdan əvvəl onun yaradıcılarından biri ilə çox geniş söhbətim olub və ona mənfi fikrimi bildirmişəm. Hesab edirəm, bu, Rusiyada formalaşmış Azərbaycan diasporasının parçalanmasıdır. Ona görə, bunun heç bir əhəmiyyəti yoxdur, sadəcə, bu insanlar öz məqsədlərini güdürlər”.
Bu günlərdə Ilham Əliyev RATI-nin rəhbəri baş nazirin keçmiş müavini Abbas Abbasovla görüşərək faktiki olaraq ona xeyir-dua verib. Abbas Abbasov özü ANS-ə açıqlamasında bildirib ki, Ilham Əliyevlə görüşdə Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi olub. Ilham Əliyev bu təşkilatların fəaliyyət istiqamətləri ilə bağlı öz tövsiyyələrini verib.
Bununla da Ilham Əliyev RATI-yə qarşı təşkil olunan kampaniyanın üstündən xətt çəkib. Ən böyük zərbə isə təbii ki, Ramiz Mehdiyevə dəyib.