İranda son həftələrdə fəhlələrin, pensiyaçıların, müəllimlərin və başqa qrupların etiraz aksiyaları keçirilib
İranda neftçilər ikinci gündür ki, maaşlarına və hökumətin bahalaşmanın qarşısını ala bilməməsinə görə tətil edirlər.
Rəsmi məlumata görə ölkədə inflyasiya iyun ayında 52.5 faizə yüksəlib.
Müqaviləli Neft İşçilərinin Etiraz Koordinasiya Mərkəzinin verdiyi məlumata görə Tehran neft emalı şirkətinin işçiləri maaşlarının artırılmasını, iş saatlarının azaldılmasını tələb edirlər.
Bu arada Qərb Neft və Qaz İstismarı şirkətinin sürücüləri və fəhlələri müəssisənin Dehlorandakı idarəsinin qarşısına toplaşıblar.
Onlar maaşlarının aylarla verilməməsinə etiraz edirlər.
Azadlıq radiosu