Ötən bazar günü Kiyevə endirilən raket zərbələrindən biri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
Raket yaxınlıqdakı yaşayış binasına düşüb, zərbə dalğası isə binanın pəncərələrini qırıb və divarlarına zərər verib. Bu, ikinci belə hadisədir. İki ay əvvəl də raket zərbəsi səfirliyin Ukrayna paytaxtının Qliboçitskaya küçəsində yerləşən binasına buna bənzər şəkildə zərər vermişdi.
Azərbaycan vətəndaşlarının, diplomatlarının həyatı üçün real təhlükə olmasına baxmayaraq, rəsmi Bakı baş verənlərə heç bir münasibət bildirməyib.
Contact.az