Biz Əliyev ailəsinin biznes iddiaları və sahmanı haqqında çox söhbətlər eşidirik. Ölkənin daxilində və xaricində bu ailəyə aid olan, bu ailənin ələ keçirdiyi nəhəng sərvətləri- biznes, daşınmaz əmlak, bank hesabları,.. haqqında nə qədər yeni məlumat daxil olsa da, artıq heyrətlənmirik, çünki hüdudsuz hakimiyyətin doğurduğu iştaha və tamahkarlığın ölçüsüzlüyü bəlli təəssürat yaradıb.
Amma hər halda…Daha bir sektor haqqında da yenilikləri bilməyinizdə fayda var.
Hakim ailənin yaxın qohumlarından və sevimli üzvlərindən birinin Ramin Hacıyev olduğunu bilənlər bilir, bilməyənlər də ara- sıra eşidirlər. İlham Əliyevin bibisi Rəfiqə Əliyevanın nəvəsi olan Ramin Hacıyev dünyada poker oyunu üzrə ustadlardan biridir… Bildiyiniz, Qumar oyunları, yəni.
Amma sadəcə yaxşı qumarbaz olmaqla ailkənin sevimlisinə çevrilməyin sirrlərini bir yana atın. Ramin Hacıyev həm də hakim ailəyə məxsus olan böyük biznes sektorlarından birinin kuratorudur. O, Əliyev- Paşayev sülaləsinin sərəncamında olan restorun- asudə vaxt biznesinin ümumi idarəedilməsinə baxır.
Məsələn, Bakı şəhərində bulvar zonasında bütün restoranların, əyləncə- asudə vaxt obyektlərinin Əliyev- Paşayev sülaləsinə aid olduğunu bilirsiz, həm də yalnız bulvarda deyil. ( Məsələn, Elektro, Pasifiko, Paris bistro, Paul şəbəkələri və s. Kimi). Amma təkcə Bakı deyil ki ! Dünya doludur Bakı kimi böyük şəhərlərlə. Bakıda, əlbəttə, üstünlük onlardadır, başqa şəhərlərin bir çoxunda da elə aşağı- yuxarı bu qədər şəbəkə yarada biliblər. Amerikadan tutmuş, xəritənin bəri tərəfi ilə izləsəniz, Avstraliyaya qədər…
Ramin Hacıyev praktik rəhbər deyil. Bu nəhəng şəbəkənin ümumi kurasiyasını həyata keçirir, bir növ, «ideoloji kursu» saxlayır. İcra və inzibati idarəetmə isə həvalə edilib Səməd Seyidovun bacanağının oğlu Mütəllim Alışanova.
Bir mühüm detalı da qabartmağa dəyər. Əliyev- Paşayev cütlüyünün bu sektor üzrə ən böyük şəbəkələrindən biri Moskvada (o cümlədən, Rusiyanın bəzi iri şəhərlərində) idi. Amma bu ilin fevral ayında, müharibədən cəmi iki gün sonra bəlli oldu ki, Moskva şəbəkəsinə daxil olan obyektlərin əksəriyyəti, onlardan bəziləri hətta cəmi bir neçə ay idi ki, işə salınmışdı, satılıb- sovulub və Mütəllim Alişanov öz lövbərini yenidən saldı Las- Beqasa, Ramin Hacılı isə isə Parisə daşındı və indi Paris- Las Veqas arasında gəzişir, Qərbdəki biznes sektorunu daimi nəzarətdə saxlayır.
Ramin Hacıyev milliyətcə rus olan həyat yoldaşını Amerikada «ukraynalı» kimi təqdim edib. Görünür, indi «ukraynalı» olmaq həm konyunkturadır, həm də bir çox başqa prosesləri daha rahat həyata keşçirmək üçün yaşılımtıl işıq kimi istifadə etmək olur.
Bu şəbəkənin daxilində daha nələr baş verir ? Biz də biləcəyik, siz də biləcəksiz…