AXCP sədri Əli Kərimli
Ölkənin quru sərhədlərini açmamaqla Ilham Əliyev və ətrafındakı oliqarxlar nə qazanır? Maraqları nədir ki, milyonlarla insana bu əziyyəti çəkdirirlər?
- Quru yolu bağlamaqla 100 minlərlə insan AZAL-ın bahalı biletlərini almağa məcbur edilir. AZAL-ın isə xərcini dövlət büdcəsi çəkir, qazancı isə gedir özlərinə. Yəni 100 minlərlə vətandaş itirir, məlum ünvan qazanır.
- Quru sərhədlərini bağlı saxlamaqla rejim sərhəd ticarətinin qarşısını alır. Milyonlarla sadə vətəndaş, kiçik və orta biznes sahibləri ölkəyə lazım olan ərzaq və digər idxal məhsullarını ölkəyə gətirmək imkanından məhrum edilirlər. Beləliklə, hamı məcbur olur ki, monopolist korrupsioner oliqarxların ölkəyə gətirdiyi mal və məhsulları alsın, təbii ki, daha baha qiymətə. Yenə də zərərə düşən sadə kasıb əhali, milyardlarını daha da artıran isə hakim ailə və ətrafındakı oliqarxlar olur.
- Rejim ölkənin quru sərhədlərini bağlı saxlayır ki, Rusiyadakı böhran səbəbindən müflisləşmiş azərbaycanlılar istəsə belə ölkəyə asanlıqla və ucuz yolla qayıda bilməsin. Hakimiyyət həmin insanların ölkəyə qayıdıb işsizlər ordusunu daha da böyüdəcəyindən, gələcəkdə gözlənilən rejim əleyhinə etirazlara qoşulacağından qorxur.
Beləliklə, rejim hər zaman olduğu kimi öz faydası üçün milyonlarla insana zülm edir. Onları bir heç sayır. Təəssüf ki, acı gerçəklik budur.