AXCP sədri Əli Kərimli
İlham Əliyev “müttəfiqi” Putini qorumaq, Rusiyanın iqtisadi çöküşünü önləmək üçün əlindən gələni edir. Tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdır. ABŞ Rusiyaya ixracatını 5 dəfə, Fransa 3 dəfə, Niderland 3 dəfədən artıq, Almaniya 2.3 dəfə, İtaliya 2 dəfə, bütövlükdə Avropa Birliyi 55 faiz azaldıb. Dünyanın əksər ölkələri Rusiya ilə ticarət dövriyyəsini azaldıb. Hətta
Rusiyanın əsas ümid yeri olan Çin belə beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq Rusiyaya mal ixracını 26 faiz azaldıb.
Ancaq belə bir şəraitdə Rusiya – Azərbaycan ticarət dövriyyəsi bu ilin aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb.
Əvvəlki yazılarımın birində qeyd etmişdim. Beynəlxalq sanksiyalar üzündən iqtisadiyyatına ildə 18 milyard dollar zərər dəyən Belarusla da Azərbaycan bir ildə ticarət dövriyyəsini iki dəfəyədək (1.9 dəfə) artırıb.
İlham Əliyevin Lukaşenko və Putinə dəstəyi onların ortaq avtoritar dünyagörüşlərilə bağlıdır. Əliyev ətrafdakı avtoritar rejimlərin sürətli çöküşündən qorxur və prosesi ləngitmək üçün əlindən gələni edir. Ancaq hər zaman olduğu kimi bu dəfə də şəxsi maraqlarına görə ölkənin milli maraqlarını zərbə altına qoyur. Yaxşılıq deyil ki, əllərindən gəlməyə.