78 manat borca görə özünü yandıran qadın son anda xilas edilib
Mingəçevirdə 35 yaşlı qadın kommunal borca görə intihara cəhd edib.
Hadisə şəhərin Nizami küçəsi, 16 ünvanında qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü şəhər sakini Arzu Xəqani qızı Quliyeva 78 manat kommunal borca görə üzərinə benzin tökərək intihara cəhd edib.
İntihara cəhdin qarşısı alınsa da, özünə qəsd edən A.Quliyeva müxtəlif dərəcəli yanıq xəsarərləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azər