Varşavada Rusiya səfirinə qırmızı boya atılıb
İnternetdə yayılmış videoda səfir və onu müşayiət edən şəxsləri dövrəyə almış şəxslər əllərində Ukrayna bayraqları tutub, “Faşistlər” qışqırırlar.
Putin Ukraynaya ‘qabaqlayıcı zərbə’ endirildiyini deyir
Rusiya fevralın 24-də Ukraynaya təcavüzə başlamaqla “qabaqlayıcı zərbə” endirib və bu, “yeganə düzgün qərar idi”. Bunu Prezident Vladimir Putin Moskvada Qırmızı meydandakı hərbi paradda deyib. Mayın 9-da Rusiyada və keçmiş sovet məkanında nasist Almaniyasının kapitulyasiyasının 77-ci ildönümü qeyd olunur.
ABŞ-ın birinci xanımı – prezident Co Baydenin həyat yoldaşı Cil Bayden Ukraynaya səfər edib. Ujqorodda o, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı ilə görüşüb.
Putin İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı həm də Ukrayna xalqını təbrik edib
İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Ermənistan, Qırğızıstan, Tacikistan liderləri və xalqlarına təbrik ünvanlayıb. Bu barədə mayın 8-də Rusiya prezidentinin rəsmi Kremlin. ru saytı məlumat yayıb. Təbrik məktubunda Ukrayna və Gürcüstanın da adı çəkilir. Amma bu müraciətdə onlarla yanaşı hər iki respublikanın ərazisində yaradılan Abxaziya, Cənubi Osetiya, “Donetsk və Luqansk Xalq Respublikaları ” kimi separatçı qurumların da adı yer alıb.
Azadlıq radiosu