Ukrayna Baş Qərargahı mayın 6-da bildirib ki, Rusiya qüvvələri zavoda havadan zərbələr endirirlər
Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşaviri Andrey Yermak mayın 5-də bildirib ki, BMT-nin rəhbərliyi ilə Mariupoldan və Azovstal zavodundan 500-dək dinc sakin çıxarılıb.
Kiyev “dinc sakinlərini və ordusunu xilas etmək üçün hər şeyi edəcək”, – Yermak mayın 6-da Telegram-da yazıb.
“Azovstal-dakı adamlarımızı xilas etməyin daha bir mərhələsi davam edir”, – o deyib.
***
Rusiya qüvvələri Ukraynanın Mariupol liman şəhərindəki Azovstal polad zavoduna hücumu bərpa edib.
Zavodda 2 minədək döyüşçünün və yüzlərlə dinc sakinin qaldığı bildirilir. Həftənin əvvəlində Rusiya qüvvələri zavodun müdafiəsini yara bilib. BMT isə zavoddan daha bir təxliyənin gerçəkləşdiyini bildirir.
Azadlıq radiosu