Rusiyanın Kursk vilayətində dəmir yolu körpüsü dağılıb
Ukrayna ilə həmsərhəd Rusiyanın Kursk vilayətində yükdaşımalarda istifadə olunan dəmiryolu körpüsünü dağılıb. Bu barədə vilayət qubernatoru Roman Starovoit bazar günü özünün teleqram səhifəsində bu barədə məlumat paylaşıb. Hələ müəyyən edilməmiş səbəblərdən Sudja-Sosnovıy Bor zolağında yük daşınması üçün istifadə edilən körpünün qismən dağılıb-deyə yazan qubernator ölən və yaralananlar olmadığını vurğulayıb.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri, Rusiya ilə sərhəd rayonlarından keçən dəmir yollarının zədələnməsi ilə bağlı bir neçə xəbər yayılıb. Rusiya hakimiyyəti səbəb kimi körpü və yolların partladılmasından danışmayıb. O cümlədən bu işdə əli olanların həbsi barədə məlumat verilməyib.
Xarkov atəşə tutulmaqda davam edir
Xarkovun şimal və şərq rayonlarında sakinlərinə tövsiyə olunur ki, bütün günü sığınacaqdan çıxmasınlar. Bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Belə çağırış Xarkovun atəşə tutulması ilə bağlıdır.
“Hətta hava hücumu xəbərdarlığı olmasa belə. Ayıq olun, təhlükəsizlik birinci yerdədir”, – Sinegubov deyir. Ötən gün ərzində Xarkov üç dəfə atəşə tutulub, Saltovka, Pyatixatki və Xarkovdakı aeroport ərazisi zərər çəkib. UNİAN xəbər verir ki, Balakleyski rayonunda bir nəfər xəsarət alıb. Xarkov merinin dediyinə görə, şəhərdə yaşayış binalarının 25%-i yaşayış üçün yararsızdır, məktəblərin 50%-i dağılıb. Mayın 1-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Slobojanski istiqamətində Rusiya ordusu Xarkova aviazərbələr endirməkdə və artilleriyadan atəş açmaqda davam edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Ukraynada
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşün videosunu yayıb. O, “ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdiyiniz üçün təşəkkür edirik!” deyə yazıb.
Nikolayev vilayətində partlayış
Ukraynanın Nikolayev vilayətində güclü partlayışın baş verdiyi bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kim “İşğalçılar Ukrayna gübrələrinə qarşı” başlığı ilə fotoşəkil yayımlayıb. Partlayışın dəqiq nə olduğu və qurbanların olub-olmadığı hələlik məlum deyil. “Strana.ua” nəşri isə bir zavodun və ya mineral gübrə anbarının atəşə tutulduğunu irəli sürüb. Daha sonra Kim başqa teleqram səhifəsində bir fotoşəkil yerləşdirərək, “Bulud artıq ağdır, biz havanın tərkibini yoxlayırıq” şərhini yazıb.
Azadlıq radiosu