Cümə axşamı axşam saatlarında Bakıdan Sumqayıt şəhərində Azərsun Sənaye Parkının ərazisində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsində iki helikopter və çoxlu sayda yanğınsöndürmə briqadaları iştirak edir. Ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, yanğın bir hektardan çox ərazini əhatə edib. Konkret nəyin yandıgı barədə də məlumat verilmir.