Ukraynanın Mariupol şəhərində əsl kabus yaşanır
Dağıdılmış şəhərin sakinləri zirzəmilərdə yaşayır, elektrik və qaz yoxdur, sakinlər küçələrdə yemək hazırlayır. Cəsədlər həyətlərdəki kütləvi məzarlıqlarda və kiçik bağçalarda dəfn olunur.
‘Moskva’ gəmisi batdı
Rusiya Müdafiə Nazirliyinin aprelin 14-də, axşam yaydığı bəyanatda deyilir ki, Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi – flaqmanı “Moskva” raket kreyseri batıb.
ABŞ Ukraynaya ağır silahlar göndərməyə başlayır
Pentaqon bildirir ki, yardım paketinə habelə Əfqanıstanın “Taliban” tərəfindən devrilmiş hökuməti üçün nəzərdə tutulmuş 11 “Mi-17” helikopterləri, 155mm çaplı haubitsa topları, artilleriya əleyhinə radarlar və 200-dək PDM daxildir.
Ukraynada əsir düşən tələbə azad olunub
Hüseyn Abdullayevin sözlərinə görə, onu əsir saxlayan şəxslər İslamda müqəddəs sayılan Ramazan ayı olduğuna görə onu azad etməyə razılıq veriblər: “Mənim azad olmağımda bir neçə öz dost-tanışımın rolu var. Amma, təəssüf ki, səfirliyimizin bunda heç bir rolu olmayıb”.
Azadlıq radiosu