Zelenski Ukraynanın Rusiyanın hücumunda “ciddi itkilər” verdiyini deyib, qan verməyə çağırıb
***
Ukraynanın Müdafiə Nazirliyi Xarkov istiqamətində və ölkənin şərqində separatçıların əlində olan ərazilərə yaxın regionlarda “ağır döyüşlər” getdiyini bildirir.
“Düşmən əsgər və avadanlıq itkisi verib. Əsgərlərimiz Mariupol və Şastya şəhərlərinə nəzarəti yenidən ələ alıb… Düşmənin azı altı təyyarəsi, iki vertolyotu, onlarla zirehli texnikası məhv edilib”, – nazirlik bildirir.
Amma bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Moskvayla diplomatik münasibətləri kəsdiyini elan edib. O, Ukrayna vətəndaşlarını ölkəni Rusiyanın hücumundan qorumağa çağırıb, onlara döyüşməyə silah veriləcəyini deyib.
Zelenski fevralın 24-də televiziya ilə çıxışında “şərəfini itirməmiş” rusiyalıları irəli çıxaraq hökumətlərinin Ukraynaya hərbi hücumuna etiraz etməyə səsləyib.
Zelenski Ukraynanın Rusiyanın hücumunda “ciddi itkilər” verdiyini deyib, qan verməyə çağırıb.
Azadlıq radiosu