AXCP sədri Əli Kərimli
Çox dəhşətli, utandırıcı rəqəmlərdir. Əsəbləri zəif olanlar oxumasın.
Beləliklə, baxmayaraq ki, 2021-ci ildə Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti büdcədə nəzərdə tutulduğundan 1.5 – 2 dəfə yüksək olub, 2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə işləyən əhalinin orta aylıq əməkhaqqı cəmi
2,9 faiz artıb. Eyni dövrdə acından ölən, darmadağın edilmiş, hələ də yarımblokada vəziyyətində yaşayan Ermənistanda isə orta aylıq əmək haqqı 7 faiz artıb. Eyni dövrdə Rusiyada orta aylıq əmək haqqı 9,2 faiz artıb. Orta Asiya respublikaları da bizi xeyli utandırıb. Qırğızıstanda orta aylıq əmək haqqı 9,4 faiz, Tacikistanda 11,6 faiz, Özbəkistanda 15,3 faiz artıb.
Bugünlərdə “vəziyyətimiz dözülməzdir” deyərək sosial partlayışları ilə gündəm olmuş qardaş Qazaxıstanda isə orta aylıq əmək haqqı 16,7 faiz və ya Azərbaycanda olduğundan 6 dəfəyə yaxın çox artıbmış (mənbə şərh bölümündə).
MDB-də ən kasıb ölkə olan, üstəlik də özünə küçədə, meydanda mitinq edənlərdən birini – Maya Sandunu prezident seçmiş Moldovada da artım bizdən 4 dəfə çox 11,3 faiz olub.
Ağır beynəlxalq sanksiyalar altında iqtisadiyyatı çökən Belarus belə (Lukaşenkonun Rusiyadan qopardığı milyardların hesabına) orta aylıq əmək haqqını bizdən 5 dəfə çox – 14,4 faiz artırıb.
Nəhayət, Rusiya kimi güclü dövlətlə müharibə vəziyyətində olan, ölkəsində demokratik islahatları savaşla paralel aparmaq məcburiyyətində qalmış
Ukrayna isə orta aylıq əmək haqqını Azərbaycanda olduğundan düz 7 dəfə çox – 20,4 faiz artırıb.
İndi bildinizmi İlham Əliyev hakimiyyəti nə qədər bacarıqsız və səriştəsizdir? Bu hakimiyyət insanların əl-qolunu bağlayıb, sərvətini talan etməklə məşğuldur. Bir anlıq təsəvvür edin ki, bu hakimiyyət olmasa, xalqın əl-qolu açıq olsa, ölkədə qanunun aliliyi, azad rəqabət mühiti olsa, hamıya bərabər imkanlar yaradılsa, xalqın sərvətləri oğurlanıb ofşor hesablara daşınmasa, ölkəmiz necə, hansı sürətlə inkişaf edər. Təsəvvür etdinizmi?