Çingiz Sultansoy
Cəmil bəyin 70 yaşı tamam olur. Az deyil, və bu zaman ərzində çox iş görülüb, amma Azərbaycanda başqa hakimiyyət və siyasi durum halında daha çox və uğurlu ola bilərdi.
İxtisası olan tarix elmində və pedaqoji fəaliyyətində, ikinci ixtisası – siyasətdə Cəmil müəllim böyük yol keçib və uğur qazanıb. Amma bunlardan başqa bəyin siyasi şərhləri və analitikası, üçüncü ixtisası olmuş publisistikası da var. Elmi fəaliyyəti ilə vətənindən uzaqlarda tanınan, kitabları aparıcı dünya universitelərin kitabxanalarında yer alan alim öz vətənində layiq olduğu qiyməti Azərbaycan dövlətindən, hakimiyyətindən yox, xalqdan alıb. Zatən, ən böyüyü bu deyilmi? Təqiqatçı-alim və siyasətçi öz elektoratı, vətəndaşlar, məsləkdaşlar, ziyalılar, tələbələri tərəfindən təqdir edilir, sayılır və sevilir.
Bu post quru akademik üslubda yazılmadığından, deməliyəm ki, parlametndə, dövlətin icra strukturlarında çox uca kürsülər tutan yaltaq siyasətçilər, Elmlər Akademiyası institutlarında və prezidiumunda adlı-sanlı, titullu-nişanlı yaltaq alimlər, akademiklər ona olan səmimi hörmətə və sevgiyə, müstəqil mövqeyinə, əyilməyən şax belinə yalnız həsəd apara bilər. Təbii, o da hələ dediklərimi anlamaq iqtidarındadlrlarsa, aparsınlar. 🙂
70 yaşında insanların bir qismi qarşısına qoyduğu, ya layiq olduğu məqsədlərə çatır. Kimi əyilmək hesabına vəzifələrə, mükafatlara və pula. kimisi ağıl, istedad, zəhmət hesabına elmin və vətən naminə siyasətin zirvələrinə.
Adətən hesab edilir ki, 70 yaşa çatanda insan qocalır, zəifləyir. Amma, birincisi, bu hamıya aid deyil, ikincisi, Tübingen Univeristetinin yeni araşdırmaları göstərir ki, bu yaşın öz üstünlükləri var, məsələn, insan beyninin problemlər həll etmək qabiliyyəti və bacarığı nəinki zəifləmir, əksinə artır. 80 yaşında “Faustu” yazan Ghöte, 85 yaşında elmlə məşğul olan İsaak Nyüton, yalnız 91 yaşında “Dünya tarixi” əsərini yazıb bitirən alman tarixçisi Leopold fon Ranke kimi. Cəmil müəllim məhsuldar və dünyada tanınan elmi yaradıcılığı, vətənində sayılan siyasi təhlilləri və fəaliyyətiylə çağdaş gerontologiyanın bu qənaətini təsdiq edir. “Gerontologiya” sözünü yazdım və fikirləşdim ki, əslində bu söz-anlayış eynilə “qocalıq” sözü kimi yaşamaq eşqi, gənclik enerjisiylə dolu Cəmil müəllimə heç yapışmır, yaraşmır.
Cəmil Həsənli 2013-ün prezident seçkilərində müxalifətin vahid namizədi olduğu zaman canlı yayımda gedən debatlarda ədəb də, əxlaq da normalarını pozan opponentinə hirslənməyindən danışmaq istərdim. Amma çox uzun alınacaq, sonra ayrı vaxt danışaram, indi isə bir onu qeyd edim ki, əsil Azərbaycan kişisi kimi, ağayana, gözəl hirslənmişdi. 🙂
Cəmil müəllimin elmi əsərləri, siyasi fəaliyyəti və şəxsiyyəti haqqında çox yazmaq olar, burada yer çatmaz. Mənsə sadəcə Cemil müəllimin yazdığı kitabların siyahısını bu postun aşağısında yerləşdirirəm. Çox şeydən xəbər verir, özü də hələ hamısı deyil, yalnız köhnələrdir, bir hissəsidir.
Yubilyarın əlimi sıxıram, qucaqlayıram və ürəkdən təbrik edirəm! Var olun, Cəmil müəllim!..
Biblioqrafiya. Azərbaycan dilində.
Ağ ləkələrin qara kölgəsi: 1920–1930-cu illərdə Azərbaycanda Sovet totalitarizmi (азерб.). — Bakı, 1991.
Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920 (азерб.). — Bakı: GARISMA MMC, 1993. — 576 с. — ISBN 978-9952-455-00-7.
Azərbaycan tarixi (həmmüəllif) (азерб.). — Bakı, 1995.
Mətn Güney Azərbaycan: Tehran, Bakı, Moskva arasında (1939–1945) (азерб.). — Bakı: Diplomat, 1998. — 340 с.
Tarix: Keçmişdən gələcəyə (азерб.). — Bakı, 1998.
Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan 1945–1946 (азерб.). — Bakı, 1999. — 566 с.
Güney Azərbaycan: Sovet, Amerikan və İngiltərə qarşıdurması. 1941–1946 (азерб.). — Bakı, 2001.
Mətn SSRİ-Turkiyə: Soyuq müharibənin sınaq meydanı (азерб.). — Bakı: Adiloğlu, 2005. — 553 с.
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918–1920) (азерб.). — Bakı, 2009.
Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920–1939) (азерб.). — Bakı, 2012.
İkinci Dünya Müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939–1945) (азерб.). — Bakı: Yazıçı, 2015. — 540 с. — ISBN 978-9952-8274-8-4.
İngilis dilində.
At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (англ.). — Lanham • Boulder • New York • Toronto • Oxford: Rowman and Littlefield Publishers, 2006. — 424 p. — (The Harvard Cold War Studies Book Series). — ISBN 9780742570900.
Stalin and the Turkish Crisis of the Cold War, 1945–1953 (англ.). — Lanham • Boulder • New York • Toronto • Plymouth, UK: Lexington Books, 2011. — 438 p. — (The Harvard Cold War Studies Book Series). — ISBN 9780739168080.
Foreign Policy of the Republic of Azerbaijan, 1918–1920. The Difficult Road to Western Integration (англ.). — Armonk, New York: M.E.Sharpe[en], 2014. — 456 p. — (Studies of Central Asia and the Caucasus). (в 2015 году переиздана в Routledge)
Khrushchev's Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959 (англ.). — Lanham • Boulder • New York • Toronto • Plymouth, UK: Lexington Books, 2014. — 502 p. — (The Harvard Cold War Studies Book Series). — ISBN 9781498508148.
The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920-1922 (англ.). — Salt Lake City: University of Utah Press, 2018. — 470 p. — (Utah series in Middle East studies). — ISBN 9781607815938.
Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan (англ.). — Rowman & Littlefield, 2020. — 294 p. — (The Harvard Cold War Studies Book Series). — ISBN 9781793641274.
На русском
Южный Азербайджан: начало холодной войны. — Б.: Adilʹogly, 2003. — 450 с.
СССР--Турция: полигон холодной войны. — Б.: Adilʹogly, 2005. — 553 с. — ISBN 9789952250145. (переведена на азербайджанский, турецкий, фарси и английский)
СССР-Иран: Азербайджанский кризис и начало холодной войны, 1941-1946 гг. — М.: Герои Отечества, 2006. — 559 с. — ISBN 9785910170128.
Хрущевская "оттепель" и национальный вопрос в Азербайджане (1954–1959). — М.: Флинта, 2009. — 661 с. — ISBN 9785976507920. (перевод, оригинал выпущен на азербайджанском годом ранее. Выпущена также на фарси и английском)
Внешняя политика Азербайджанской Демократической Республики (1918–1920). — М., 2010.(аналогично выше)
Русская революция и Азербайджан. Трудный путь к независимости, 1917–1920. — М.: Флинта, 2011. — 665 с. — ISBN 9785976509931. (переведена на английский и турецкий)
Внешняя политика Азербайджана в годы Советской власти. 1920–1939. — М., 2013. (перевод, оригинал выпущен на азербайджанском годом ранее. Выпущена также на фарси и английском)
Али Мардан-бек Топчибашев: жизнь за идею. — М.: Флинта, 2011. — 606 с. — ISBN 9785976517578.
Синьцзян в орбите советской политики: Сталин и мусульманское движение в Восточном Туркестане, 1931–1949. — М. • Б.: Наука • Флинта, 2015. — 358 с. — ISBN 9785976523791.
Çin dilində
蘇聯政策中的新疆: 斯大林與東突厥斯坦的穆斯林運動(1931–1949 ) (кит.). — Hong Kong: The Chinese University of Hong Kong Press, 2021. — 340 с. — ISBN 9789882372047.