Milli Şuranın sədri, professor Cəmil Həsənli
Baş Prokurorluq utanıb qızarmadan elan etdi ki, Tofiq Yaqublunun 2021-ci il dekabrın 1-də Səbail rayonu “Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən aksiyada iştirak edən zaman DİN-nin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalması barədə müraciəti araşdırılıb və öz təsdiqini tapmayıb. Həmin vaxt bu çinayət faktı Tofiq Yaqublunun gözlərində, sir-sifətində elə təsdiqini tapmışdı ki, bunu görməmək, inkar etmək üçün yalnız hüquqi deyil. bütün milli-mənəvi, əxlaqi, vicdani dəyərlərdən gərək məhrum olsana. Sonra da deyirlər ki, xalq bizə niyə inanmır? Millətin gözü qabağında olan bu boyda həqiqəti inkar edəndən sonra xalq sizə niyə inanmalıdır?
Baş prokurorun otağında bir neçə portretini qoyduğu “ümummilli öndəri” vaxtiyla deyirdi ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Bəs cəza verən orqanın cinayətkarlıq yuvasına çevriləndə necə? Cinayəti gözü ilə görüb dili ilə inkar edəndə necə? Dövlər “obşak” qaydaları ilə idarə ediləndə Tofiq Yaqublunun gözlərinin qançırı, sifətinin döyülməkdən tuluğlamış yaraları, açıq alnındakı qara işgəncə izləri əlbəttə ki, təsdiqini tapmaz.
Ona görə həmin hadisə ilə bağlı aşağıda Tofiq Yaqublunun qançırlarının böyüdülmüş fotosunu qoyuram ki, adı vaxtıyla jurnalistlərin beynəlxalq korrupsiya araşdırmasından çıxmış baş prokuror Kamran Əliyev baxıb utansın.