Naməlum şəxslər hərbçilərin atdıqları odlu silahları ələ keçirərək atəş açıblar. Yaralıların olduğu bildirilir.
“Vlasti” portalının müxbirləri minlərlə etirazçının Almatıda prezident iqamətgahına girməyə çalışdığını xəbər verirlər.
Qazaxıstanın ən böyük şəhəri olan Almatıda etirazçılar meriyanın binasına girib, təhlükəsizlik qüvvələri ilə toqquşublar. Nümayişçilərə qarşı səs qumbaralarından, gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunduğu bildirilir. Binada yanğın başlayıb.
Etirazçılardan bəzilərinin əlində rezin dəyənəklər olub.
Yanvarın 5-də zakon.kz onlayn media vebsaytında yerləşdirilmiş videoda meriyanın böyük ofisinin girişində yüzlərlə etirazçı görünür.
Prezidentin şəhərdə fövqəladə vəziyyət elan etməsinə baxmayaraq meriya yaxınlığına minlərlə insan yığışıb.
Azadlıq radiosu