AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Dəhşətli Tərtər hadisələri əsasında yazılmış bu hekayədəki bütün işgəncə səhnələri, hadisələr və şəxslər realdır.
Qolları arxadan qanrılıb qandallanmışdı. Korpus komandiri general Hikmət Həsənovun otağından çıxarıb ikinci mərəbənin dəhlizinin sonunda yerləşən otağa gətirdilər. Onu xain adlandıran korpus komandiri ilə aralarında kəskin mübahisə olmuşdu və general qəzəblə çığıraraq qara maskalılara “boynuna alana qədər pres versinlər”demişdi. Enli və uzun dəhliz boyu gedərkən ayrı- ayrı otaqlardan fasiləsiz olaraq dəhlizə axan insan fəryadları, bağırtı və yalvarışlar, elə bil, səs gücləndiricidən verilirdi.
Bu vahiməli səslərdən tükləri ürpəşdi və qarşıda onu nəyin gözlədiyini təxmin etsə də, onu aparanların yanında özünü möhkəm tutmağa çalışırdı.
Onu İtələyib otaqların birinə saldılar. Bu otaq hərbi hissə qərargahı burdan köçənə qədər dəftərxana kimi istifadə olunmuşdu.
İçəridə onu Tərtər rayon hərbi prokurorluğunun müstəntiqləri Elşən Mürsəlov və İlkin Əhmədov qarşıladılar. İlkin gülümsəyərək “işgəncə adasına xoş gəlmisən kəşfiyyatçı, görək indi özünü necə aparacaqsan” – dedi, otağın sağ küncündə əli – ayağı bağlı adamı əllərindəki rezin boru ilə amansızcasına döyən iki nəfəri çağırıb: “təzə qonağımız var, özü də öküz boyda, işiniz çətin olacaq” dedi, başı ilə ona işarə etdi.
Elmar bu ik nəfəri tanıdı. Maşayev Sənan və Qəhrəmanov Cabir Tərtər qarnizonunda xidmət edirdilər. Cabir və Sənan ona yaxınlaşan kimi əllərindəki plastik boru və şnurla onu ağır sözlərlə söyərək, harasına gəldi vurmağa başladılar. Sonra da onu əlləri və ayaqları bağlı vəziyyətidə arxası üstə döşəməyə uzadıb soyundurdular. Otaqda əzabdan doğan insan səsləri bir an da olsa səngimir, əllərində dəyənək ətrafda vurnuxan qara maskalılar isə tez – tez sağa – sola dönərək daha möhkəm zarıyanların üstünə hücum çəkir, səslərini kəsməyi tələb edirdilər. Sənan, “sənlə işimiz bir az ağır olacaq, incimə…” deyib saralmış dişlərini göstərdi. Müstəntiq Elşən Mürsəlov döşəmədə uzanılı olan Elmara yaxınlaşıb təpiklə onun sifətinə möhkəm bir zərblə vurdu və “sən generala cavab qaytarmısan, buna görə səni peşiman edəcəm” dedi, üzünə qoyduğu ayağı ilə burnunu əzə- əzə əyilib əlini onun üzünə yaxınlaşdırdı:
-Xain, sənin qarşında üç variant var-o aşağıya doğru tutduğu barmaqlarını bir – bir bükməyə başladı:
- Bir, ya deyilən hər şeylə razılaşırsan, ikincisi, başqa xainin adın verirsən, üçüncüsü də ki, – barmağını qatlayıb – …ya da arxana butulka yeridiləndən sonra üzdəniraq kimi ölürsən – dedi.
Elmar Elşənin ayağı altında əzilən burnunun qanının ağzına necə axdığını hiss etdi və həm ağrıdan, həm də onun çəkməsinin altında qalmış ağzını tam aça bilmədiyindən güclə eşidiləcək boğuq səslə: “Mən xain deyiləm!” deyə bildi. Bu vaxt İlkin yenidən ayağını qaldırıb Elmarın üzünə çırpdı və Cabirlə Sənana tərəf qəzəbli səslə “bunu yaxşıca başa salın” dedi. Onlar da sahibindən komanda gözləyən itlər kimi dərhal yerlərindən atılıb Elmarı əllərindəku plastik boru və rabitə şnuru ilə döyməyə başladılar. Şunur hər dəfə Elmarın bədəninə dəyəndə dərisi kəsilmiş pendir kimi aralanır və kəsiklərdən asta – asta qan sızmağa başlayırdı.
Elmarın üzü aramsız olaraq yağdırılan zərbələrdən al qana boyanaraq tanınmaz hala düşdü. Sınmış burnundan, parçalanmış yanağından, partlamış dodağından axan qan hər dəyən zərbədən sonra ətrafa sıçrayırdı. Özünü nə qədər səssiz tutmağa çalışsa da, mümkün olmadı, bəlkə də ağrıyan canına görə deyil, ağrıdılan ləyaqətinə görə başqalarına qoşulub gah fəryad çəkir, gah da “etməyin, mənim günahım yoxdur” deyərək bağırırdı. Artıq səsi kəsilmişdi, bədəninə, üzünə dəyən zərbələri güclə hiss edirdi, şüuru, sanki bu işgəncəyə dözməyərək onu atıb bu dəhşət girdabından qaçmağa hazırlaşırdı ki, Cabir: “bəsdir mən yoruldum” – deyib, əlindəki dəyənəyi bir kənara atdı, “Sənan, biraz dincələk” dedi. Sənan dayanıb əlinin arxası ilə alnının tərini silərək, birdən – birə yadına nəsə düşmüş kimi ” ay blət, bu Ağazadəni saat 4-ə kimi hazır etməliyk” deyib otağın küncündə uzanıb qalmış, çılpaq bədəni ətrafında üzü qaysaq bağlamış kiçik qan gölməçələri olan adamı göstərdi. Bu vaxt iki qara maskalı divarın dibində kimisə yerə yıxıb qolunu burur, “səndən başqa ermənilər kimi petux edib, tez ol cavab ver, ad de, oğraş ?” deyərək , adamın çığırtısına məhəl qoymadan işgəncə verməkdəydilər.
Bu vaxt Elmar tələsik otağa girən kapitan Abdullayevi tanıdı. Abdullayev gərgin baxışlarla Sənana baxıb: “general Elxan Ağazadəni soruşur, Polad Həşimovun adını versin, ayrı şey lazım deyil” dedi. Onlar bir yerdə kapitan Ağazadəyə yaxınlaşıb onu yerdən qaldırdılar və arxalıqlı dəmir stula oturtdular. Kapitan Abdullayev otağın küncündəki çirkli vedrəni götürüb içindəki bulaşıq suyu Ağazadə Elxanın başından aşağı tökdü. Elxan diksinib gözlərini ağır – ağır açdı. Bu vaxt Cabir üzünü onun bərabərində əyib, – “bax bir dənə Həşimovun adın ver, əl çəkək, yoxsa, tokdan sonra butulka üstünə oturdulacaqsan” deyib onun mədəsinin üstündən güclü yumruq zərbəsi endirdi. Elxan aldığı zərbədən başını aşağı salıb zarımağa başladı. Sonra da Sənan Maşayev onun saçından tutub silkələyə – silkələyə qışqıraraq, “hə nə deyirsən, ay donuz oğlu donuz ? ” dedi. Kapitan Abdullayev cavab eşitmədiyi üçün əsəbi şəkildə “bunun nazı ilə oynamağa çox vaxtımız yoxdur” deyib Sənana əmr etdi ki, elektrik qurğusunu onun yanına gətirsin. Sənan otağın küncünə qoyulmuş qurğunu sürüyə – sürüyə çəkib yaxına gətirdi. Cabir Elxanın saçından tutub yana çəkdi və o, aşaraq böyrü üstə yerə dəydi. Sonra üzünü Kapitan Abdullayevə tutub, “bax indi fokus göstərəcəm” deyib qurğudan çıxan şnurun çərtilmiş ucunu Elxanın arxasına, anus dəliyinə doğru itələdi. Sənan da bunu görüb şaqqanaq çəkərək güldü və üzünü Abdullayevə tutub, “bunun belə oyunları olmasa, Vallah adam burda bu cındırların səsindən bezər” deyib siqaret yandırdı. Bu vaxt kapitan Abdullayev qışqıraraq “kim zarısa “tutub paz çalacam, səsinizi kəsin oğraşlar deyib” otağın sağ küncündə böyrü üstə uzanmış, dayanmadan inildəyib ağlayan, havalı adamlar kimi rabitəsiz sözlər çığıran, üzündəki və bədənindəki şişlərdən tanınmaz hala düşmüş adama tərəf gedib, sanki ətrafdakılara görk olsun deyə, onun arxa nahiyəsinə salınmış plastik borunun ucuna təpiklə vurdu. Adam daha uca səslə vəhşi kimi bağırmağa başladı və kapitan “bunun pazı çıxmasa kəsməyəcək, petux blət” dedi, və sonra iyrəncliyi görməmək üçün turşutduğu üzünü yana tutub yuxarı hissəsi qana bulaşmış plastik borunu çəkib onun anusundan çıxartdı. Sonra da üzünü Cabirlə Sənana tutub “ermənilər bunu o qədər qayırıb ki, indi də buna nəsə girəndə kayfdan zarıyır oğraş” dedi və bu sözə hər üçü bərkdən güldü. Bu vaxt tələsik çölə çıxıb qayıdan Cabir əlində gətirdiyi lampanı Elxanın ağzına salıb, ətrafını skoçla sarımağa başladı. İşini qurtarıb Sənana” toku ver ” dedi. Sənan gülə – gülə “konsert başladı” deyib açarı burdu və arxa nahiyəsindən bədəninə elektrik verilən Elxan yerində qıvrılıb açılmağa başladı. Bu vaxt Cabir Elxanın ağzına sıxdığı lampaya diqqətlə baxa – baxa, tələsik şəkildə “hə, toku biraz da artır” dedi. Sənan və Kapitan Abdullayev birdən ikisi də eyni vaxtda həyacanla “lampuçka yandı” deyib qalib görkəmində gülümsəyən Cabirə baxdılar. Cabir birdən diksinən kimi olub geri atıldı, lampa Elxanın ağzında partlamışdı. Artıq, Elxanın səsi kəsilmişdi və o, yerdə huşsuz halda titrəyirdi. Kapitan Abdullayev Cabirə “əhsən sənə, mən belə şey olacağına inanmazdım” deyib, Elxan tərəfə baxdı: “indi bu əclafı danışdırmaq lazımdır” – dedi. Sənan vedrəni götürüb suyu Elxanın təpəsinə əndərdi. Ancaq artıq titrəyişi dayanmış Elxandan heç bir səs – səmir çıxmadı. Kapitan Abdullayev “oğraş guya bizi aldadacaq, artistlik edir” deyib, onun qarnına doğru möhkəm bir təpik zərbəsi endirdi. Sonra da hərəkətsiz bədəndən axan sidiyə bulaşmış ayağını yana əyib təmizləmək üçün onun çılpaq böyrünə sürtdü. Cabir ” “komandir, bu, gəbərdi deyəsən” deyərək, elektrik cihazının şnurunu onun arxasından çıxarıb döşəməyə atdı.
Elmar isə yarı huşsuz vəziyyətdə bütün bunları görüb, eyni aqibəti yaşayacağını, bu işgəncələrə nə qədər dözə biləcəyini düşünürdü. Elə bu vaxt, kapitan Abdullayev üzünü Sənana tutub “özünü tülkülüyə qoyub, qolunu arxadan qırılana qədər bur, dözməyib çığıracaq” dedi. Sənan güləş döşəyinə çıxan idmançı kimi əzələli qollarını yanına açıb oynatdı və bir ayağını üzü üstə çevirdiyi Elxanın kürəyinə qoyub yavaş yavaş qolunu arxaya doğru birmağa başladı. “Bir “Marlbro”dan mərc gələrəm ki, bu ölüb” desə də, kapitan Abdullayev başı ilə hərəkəti davam etdirməyi işarə etdi . Birdən sınan sümüyün xırçıltılı səsi eşidildi və qol Sənann əlində anidən boşaldı. O , ölmüşdü.
Kapitan hirsindən pörtərək onun başına bir təpik vurdu və “Nəcməddin Hikmət müəllimə demişdi ki, bunu Həşimova qarşı danışdırın, oğraş gəbərdi” deyib, general Həsənova məruzə etmək üçün otaqdan çıxdı.
Kapitan Abdullayev gedəndən sonra Cabir Sənana göz vurub: “yaxşı ki, tez öldü, yoxsa işimiz çox olacaqdı, hələ bu öküzün də üstündə işləməliyik” deyib Elmarı göstərdi.
Sənan: “Zalda və baş tərəfdəki otaqlarda yüzdən çox adam var, orda uşaqlar yaman yorulur”- deyib yerdəki şnuru qaldırdı, ucunu cibindən çıxardığı salfetlə tutub əydi və gətirib Elmarın penisinə bağladı. Elmar bu gözləmədiyi vəziyyətdən dəhşətə gələrək, çığıra- çığıra, təkrar təkrar “etməyin, Vallah mən xain deyiləm, məni bədbəxt etməyin, nə istəyirsiniz başqa işgəncə verin, belə alçaqlıq etməyin” deməsinə məhəl qoyan olmadı. Sənan “kəs səsini, oğraş, çox mənim şeyimədir ki, sən nəsən, nə deyilsən, sənə dedilər ad ver, deməli ad ver, artıq söhbət lazım deyil” deyib, “Cabirə toku ver” dedi. Özü də stolun üstündəki litrlik plastik su butulkasını açıb gülə- gülə suyu şnurun bərkidildiyi yerə tökməyə başladı. Bir anda Elmara elə gəldi ki, onu ildırım vurdu, sanki, hansısa qeyri-adi bir qüvvə içinə girib hər hüceyrəsinə iynə sancır, onu zərrə – zərrə parçalamağa çalışır, dayanmadan döşəməyə çırpırdı. Bu dəhşət içində köksünün parçalanaraq ürəyinin yerindən çıxacağını zənn etdi, gördüyü hər şey dalğalanır, sinəsindən qopan bağırtı belə titrəyirdi. Səsi də sanki bu cəhənnəm zəbanəsinə dönmüş bədənindən qurtulmaq üçün qaçıb xilas olmağa çalışırdı. Və birdən məchul bir qaranlıq…..
Üstünə su töküb ayıltmışdılar. Gözünü açanda prokurorluğun müstəntiqləri İlkin Əhmədov və Elşən Mürsəlov və briqada komandiri polkovnik Teymur Məmmədov başının üstündə durmuşdular. Teymur ayaqqabısının ucu ilə onun dodaqlarını aralayaraq “ay eşşək, bizi niyə incidirsən, Nəcməddin Hikmət müəllimi dirəyib ki, hələ çoxunun anası ağlamalıdır, ad ver səndən əl çəkək” deyib, ayağı ilə onun başını ikrahla yana itələdi. İlkin Əhmədov “Teymur müəllim bu öküz kimidir, gərək üstündə çox işləsinlər, yoxsa , danışmayacaq” deyib qapıya doğru getdi. Onun arxasınca çıxan müstəntiq Elşən Mürsəlov gedə – gedə üzünü Cabirə tutub “xəbər gözləyirik” dedi. Bu vaxt polkovnik Teymur Məmmədov stolun üstündən götürdüyü qara salafan torbanı Sənana uzadıb “boğun bu iti” dedi. Elmar dəhlizdə kiminsə axşam saat 7 olduğunu dediyini eşitdi. Demək ki, 9 saat idi ki, bu cəhənnəm adasındaydı.
Cabir qara salafan torbanı onun başına keçirib aşağıdan ipini möhkəm çəkdi. Bu vaxt Sənan tərpənməməsi üçün ayağını onun boğazına qoyaraq sıxmağa başladı. Bir anda sanki bütün dünya qaranlığa büründü və onu çəkib suyun altına apardılar. Torbada oksigen bitmişdi, ağzını açıb bütün sinəsi ilə hava çəkməyə çalışsa da, hava əvəzinə partlamış dodaqlarının qanına yapışan salafan onunla hava arasında keçilməz səddə çevrilmişdi. Sinəsi sanki xəncərlə oyulur, qulaqlarında get – gedə artan küy üzündən ətrafdakı səslər anlaşılmaz, qırıq – qırıq kəlmələr şəklində eşidirdi. Boğulurdu, bir udum hava üçün çırpınır, qollarını gərib dartdığı üçün, plasmasdan olan qandalın belinin altında qalmış biləklərinn ətini necə kəsdiyiniz hiss edir, bağlı ayaqlarını döşəməyə çırparaq kömək istəyirdi. Anidən torbanı başından çəkdilər və o, qeyri ixtiyari ağzını aça bildiyi qədər aralayıb havanı içinə çəkdi və sonra hava ilə birgə bronxlarına dolan ağız suyu ilə qarışmış qanı ətrafa sıçradaraq aramsız öskürməyə başladı. Bu vaxt qan Sənanın üstünə çilləniyindən, o hirslə yerdəki dəyənəyi götürüb onun başına ağır bir zərbə endirdi. Hər şey yenidən məchulluğa qarışdı, sonsuz bir qaranlıq çökdü.Uzun və məchul bir səssizlik.
Səhər tezdən bağırtı səslərinə oyandı. Gözünü açanda özünü başqa bir otaqda gördü. Onu sürüyüb başqa bir otağa gətirmişdilər. Başını azca qaldırıb qışqırtı gələn tərəfə baxdı. Dəmir çərçivəli stolun üstünə bağlanmış kiminsə ayaqlarının altına armaturla vururdular, o da gah anasını, gah da Allahı köməyə çağrıb fəryad edirdi. 20 nəfərə yaxın adamın olduğu bu otaqda Briqada komandiri polkovnik Teymur Məmmədovu şişmiş göz qabaqlarının arasından çətinliklə tanıya bildi. Teymur Məmmədov yeni gətirilmiş gözləri bağlı zabitin başından dəyənəklə vurub yıxdı və sonra qara maskalılara onu qaldırıb döşəmədə oturtmağı əmr etdi. Onun başından axan qan hələ ləkəsiz olan kürəyində qırmızı şıramlar açırdı. Onu gətirən mayor Teymur Məmmədova ” general bunun ifadəsini bu gün alıb bitirin deyib, bu eşşək də danışmır” dedi. Briqada komandiri başını bulaya- bulaya “yaxşı həll edərik” deyib mayora gedə biləcəyini işarə etdi. O, iki idmançı cüssəli qara maskalıya yerdə dizləri üstə düşüb qalmış, başına dəyən zərbənin ağrısından üzünü qırışdıran, ətrafdakı vahimədən şokda olan zabiti soyundurub çöməltməyi əmr etdi. Elmar var gücü ilə çığırıb kömək istəyən, zorlanmaq qorxusundan az qala bağrı yarılan bu zabiti səsindən tanıdı. Biriqadaya ondan sonra gəlmiş bu zabitin adı Saleh idi. Elmar gördüyü mənzərəyə görə sinəsinə dolan həyacan və gərginlik üzündən ürəyinin hər an dayana biləcəyini hss edirdi. Teymur Məmmədovun göstərişi ilə Salehi çiyinlərindən tutub yerdəki şüşə btulkanın üstünə oturtdular və sonra da çiyinlərindən aşağı doğru sıxmağa başladılar. Həmin vaxt Saleh qurd kimi ağzını göyə açaraq var gücü ilə bağırırdı. Bağırtı elə şiddətli idi ki, Teymurun əsəbləri buna dözmədi ” ay blət, bu eşşək mənim başımı xarab etdi” deyib, əlindəki dəyənəklə onun ağzının üstündən qəfil zərbə endirdi. Bir anda Salehin dodaqları əzilmiş ət parçasına döndü və o qanla birlikdə bir neçə dişini yerə tüpürdü. O, indi bağırmaq yerinə inilti ilə ağlayırdı. Teymur vurduğu zərbənin nəticəsindən razı qalıb gülümsədi və başı ilə Salehi tutanlara buraxın işarəsi verdi. Onlar onun çiyinlərindən yuxarı qaldırıb kənara çəkildilər. Bu vaxt otağa daxil olan Briqada komandirinin müavini polkovnik – leytenant Fuad Ağayev yerində tərpənməz qalıb titrəyə – titrəyə ağlayan Salehə yaxınlaşıb, “bu petux hələ danışmadı? ” deyib üzünü Briqada komandiri Teymur Məmmədova tutdu. “Hikmət Həsənovun yanından gəlirəm, deyir Nəcməddin Sadığovun göstərişidir, nə lazımdır edin, boyunlarına qoyun və sayı artırın”. Sonra barmağını yuxarı qaldırıb “vəziyyətlə bağlı axşam rəhbərliyə məruzə hazırlanır” deyib otaqdan çıxmaq istəyirdi ki, Teymur Məmmədov ona “sən burda qal, mən müstəntiqlərə baş çəkəcəm” deyib otaqdan çıxdı. Fuad bu inilti bağırtı içində qalmaqdan narazı qalıb, əsəbi halda Salehin üstünə şığıdı və təpiklə vurub onu yerə yıxdı. “Petux danışacaqsan ya yox, adam adı ver, de görüm erməniyə kimin vasitəsi ilə işləyirdin ?” deyib qaramaskalılara işarə etdi. Onlar Salehi ayağa qaldıranda sağ tərəfdəki təpiklə vurub onun arxasındakı butulkanı çıxardı. Sonra Salehi dizi üstündə Fuadın qarşısında oturtdular. Fuad qəzəblə bağıraraq ” danışmırsan ki, ad vermirsən ki, hə?! ” deyib, qapıya yaxın qoyulmuş stola tərəf getdi və üstündəki kəlbətini götürüb maskalılardan birinə doğru uzatdı. Ağır söyüş ifadəsi işlədib “çəkin bunun dırnaqlarını” əmr etdi.
Maskalılardan biri Salehi təkrar üzü üstə yerə yıxıb kürəyində oturdu və arxadan bağlı qollarını bərk – bərk tutdu. O biri maskalı da əlindəki kəlbətinlə onun baş barmağının dırnağını çəkib qopardı. Saleh ağrıdan bağırır, ayaqlarını yerə döyüb imdad dinləyirdi. İkinci dırnağı çəkilib qoparılanda o razıyam, “Mən erməniyə işləyirəm, nə desəniz qol çəkirəm” deyib fəryad edirdi. Fuad “dayan” əmri verib, “ay xain bunu əvəlldən de də, gərək bizi yoraydın” deyib, maskalılara onu tez müstəntiqin yanına aparmağı əmr etdi. Qələbəsindən məmnun görkəmdə maskalıların ardınca dəhlizə çıxanda, ona təcili korpus komandiri Hikmət Həsənovun otağına getməli olduğunu dedilər.
Fuad generalın otağına girəndə Hikmət Həsənov otaqda var gəl edirdi. Briqada komandiri Teymur Məmmədov, hərbi hissə komandiri Qiyas Abbasov, onun müavini Mahir Əliyev, Qərərgah rəisi Mübariz Rzayev və Bakıdan gəlmiş hərbi və mülki geyimli bir neçə şəxsi də orda gördü. Hikmət Həsənov başı ilə ona otur işarəsi verib, dərhal sözə başladı:
- Yuxarı rəhbərlik bizdən narazıdır, alınan ifadələr azdır. Həm də deyirlər ki, bu günə qədər istintaqa az adam cəlb olunub. Deyillər döy, öldür, nə edirsən et, özün bilərsən, ancaq 70-80 nəfər xain tap çıxar. Nəcməddin müəllim zəng etmişdi, deyir nə mümkündür edin. Ona görə də mən hesab edirəm ki, yüzlərlə adamı sorğu – suala cəlb edib onların boynuna qoymaq lazımdır. Yoxsa hamımızın paqonların söküb xainləri ört basdır edirsiniz deyəcəklər. Bunu istəmirsinizsə ən amansız üsullardan istifadə edin, bu əmridir artıq, ölümlərdən də qorxmayın, xainlər elə ölsə yaxşıdır. Dövlət arxamızda, heç nədən çəkinməyin, tapşırıq icra olunmalıdır.
Sonra general işlərin növbəli, gecə də davam etməli olduğunu, məsələni tez yekunlaşdırmağın vacibliyindən, tapşırıqları yaxşı yerinə yetirən şəxslərin rütbə və vəzifələrinin də artırılacağından danışıb müzakirəni bitirdi.
General ən axırda çıxan Teymur Məmmədovu saxlayıb “Elmar Allahverdiyevin ifadəsini bu gün istəyirəm, onun sifarişi yuxarıdan gəlir” deyib onu yola saldı.
Teymur Məmmədovun göstərişi ilə Elmarın əllərini qapının arasına salıb sıxırdılar, o da ağrıdan çığırdıqca, ” ay öküz az bağır, sənin səsin beynimə düşür” deyir, əlindəki plastik boru ilə onun başına – gözünə döyürdü. Elmar barmaqlarının lap dibindəb qopub düşməsini arzulayırdı, onlardan xilas olmağı istəyirdi… Ancaq bu işgəncə də nəticə verməyəndə hərbi hissənin Qərərgah rəisi Mübariz Rzayevin göstərişi ilə onu üzü üstə uzadıb arxadan bağlı əllərinin dırnaqlarını çəkməyə başladılar. Üç dırnağını çıxarıb gözünün qabağına düzmüşdülər. Çəkilmiş dırnaqlarının yerindəki qanlı ət səyriyirdi.
Hərbi hissə komandirinin müavini Mahir Əliyev ayağının ucu ilə dırnaqları oynadan – oynada “hə , kəşfiyyatçı nə deyirsən, davam edək, yoxsa ad verirsən?” soruşdu. Elmar “ay şərəfsizlər, mən xainəmsə qanım sizə halaldır, düşmənə güllə atan barmağımı qıranlardır xain” demişdi ki, Teymur Məmmədov “kəs səsini oğraş, qəhbə, blət” deyib qəzəblə onun ağzının üstündən qəfil təpiklə vurdu. Zərbədən Elmarın başı geri yellənib, sonra zərblə döşəməyə dəydi. Mahir Əliyev üzünə yaltaq bir ifadə verib Teymur Məmmədova xoş gəlmək üçün, cənab polkovnik “mən bilirəm bu əclafa nə etmək lazımdır” deyib maskalılara onu qaldırıb stulda oturmağı əmr etdi. Sonra da “indi bunun dişlərini damağı ilə bir yerdə çəkin” deyib, təsduq istəyən nəzərlə briqada komandirinə baxdı. O, da tərəddüdlə gözləyən maskalılara acıqlı səslə “tez olun bunun nazı ilə oynamağa vaxtımız yoxdur” deyib otaqdan çıxdı. Maskalılardan cüssəcə daha böyük olanı Elmarın başını arxaya doğru əydi, əzələli qolunu onun boğazına keçirib arxaya doğru sıxaraq elə tutdu ki, başını tərpədə bilməsin. O biri də kəlbətini zorla onun ağzına soxub, damağ ilə birgə tutduğu dişi çəkdi. Elmar onun boynunu sıxıb, saçlarından tutan bədheybətin dəmir kimi məngənəsində ağrının şiddətindən gah ulayır, gah bağırır, gah da xırıltılı ilə heyvani səslər çıxarırdı. Kökündə qanlı ət parçası olan dişini ona göstərən maskalı, ” çox ağrıtmadı ki” deyib ucadan gülməyə başladı. “İndi o biri ağrıyan dişini göstər görək” deyib yenidən kəlbətini onun ağzına soxdu və Elmarın sonuncu eşitdiyi səs ağzında sınan dişin şaqqıtısı oldu.
Gözünü açanda günün hansı vaxtı olduğunu təyin edə bilmədi. Pəncərəyə qara ötrük çəkildiyindən çöl görünmürdü. Gəliş gedişin çox olduğu otaqda maskalıların sayı da çox idi. Onun yanında kürəyini divara söykəmiş bir nəfər oturmuşdu. Elə hey yalvarıb su istəyirdi. Orta yaşlı, dolu bədənli bu adamın gözləri üstündən skoç çəkilmiş mayka ilə bağlı idi. Elmar sakit, iniltiyə bənzər səslə ondan kim olduğunu soruşdu. Adam başını yüngülcə səs gələn tərəfə çevirib, pıçıltı ilə “Adım Qorxmazdır, maxeyəm. Dünən arvadım və qızımı gətirmişdilər, qızımın səsi hələ də qulağımda. Dedilər boynuna almasan ikisini də gözünün qabağında zorlayacağıq. Qızım da ağlayıb çığıra – çığıra ata bizi qurtar deyirdi. Mən də hər deyiləni boynuma aldım.” Səsi titrədi və batdı. Sonra hündürdən ” Mən şəkər xəstəsiyəm” deyib yenə də yalvaran səslə “su verin, xahiş edirəm, su” deməyə başladı. Bu vaxt qara maskalılardan biri ona yaxınlaşıb “dünəndən zəhləmizi tökmüsən, al iç, yazıqsan” deyib əlindəki plastik su butulkasnın başını onun partlaq – partlaq olub qanı qurumuş dodaqları arasına dürtdü. Kişi birdən ağzında kəskin iyli sidik tamını hiss edib ikrahla ögüyüb başını kənara çəkəndə, su butulkası tutan maskalı, “minnətin olsun ki, sənə öz sidiyimi verirəm” deyib, onun hərəkətini bayaqdan maraqla izləyən hündürboylu həmkarı ilə birgə gülməyə başladı.
Üstünə tökülən su şırnağından sol gözünü güclə aralaya bildi. Onu dizi üstündə oturmuşdular və qabağında iri, dərin bir plastik vanna var idi. Kapitan Abdullayev saçından tutub başını yuxarı qaldırdı:
-Bura bax, göstəriş belədir, sonuncu dəfə deyirəm əgər danışmasan öləcəksən, sənin nazını çəkəsi deyiləm. Səndən başqa ermənilərə işləyənlər kimlər idi? - Öldürməsən kişi deyilsən, öldürün bu işgəncə bitsin. Mən vətənimi heç vaxt satmamışam… – sözünün davamını gətirə bilmədi.
İki maskalı Elmarın başını əyib çirkli su dolu vannanın içinə basdılar. Ağzından çıxan sonuncu hava qabarcıqları poqquldayaraq qulaqlarının yanında suyun üzünə qaxırdı. Budur sonuncu qabarcıq da onu tərk etdi. Yox dayanmaq olmur, mütləq nəfəsini çəkməlidir və çəkir də. Su odlu maye kimi onun bronxlarına, ciyərlərinə dolub onu boğur. Bu an onu sudan çəkib çıxarırlar, kürəyinə dəyən yumruq zərbəsi ilə diksinib udduğu murdar suyu boğula – boğula gah öskürərək, gah da ki, ögüyərək çölə qaytarır. Sonra eyni şey bir neçə dəfə təkrar olunur və ardınca da sonu görünməyən bir heçlik, onu udub yoxa çıxaran bir zülmət.
Bu dəfə gözünü açanda gözü ətrafında maskalılar əvəzinə ağ geyimli tibb işçilərini gördü. Ətrafda sakitçilik idi. Düşündü ki, yəqin onu qara basır, amma gerçək bir səs, “o ayıldı doktor” sözləri onun təkrar gerçək həyata qaytarır. Əlini onun sarıqlı alnına toxunduran doktorun gülümsər çöhrəsinə anlaqsız bir nəzərlə baxdığı anda ağ geyimli, çal saçlı həkimin “bura qospitaldır,, təbrik edirəm, siz komadan ayrıldınız, yaşayacqsınız, hər şey arxada qaldı ” cümləsi sanki, bir körpüyə çevrilib onu yuxu kimi xatırladığı cəhənnəm adasından çıxarır.