Sevinc Babayeva sensasion faktlar açıqlayır; Ramiz Mehdiyevin pul sayma səhnəsi… (STENOQRAM)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a yeni videolar göndərib. Elşad Abdullayevin göndərdiyi bu videolarda sabiq rektorla Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın söhbəti əks olunur. Söhbət təbii ki, Elşad Abdullayevin deputat seçdirilməsi ilə bağlıdır. Videoların stenoqramını təqdim edirik. Hər videonun stenoqramı yarımbaşlıqla ayrılır:
O Ramizin elə işlərini görür ki…
Elşad Abdullayev: Gəl çıx da, mənə saat ikidə demisən.
Sevinc Babayeva: Məni gözləyir…(kimi nəzərdə tutduğu aydın deyil)
Elşad Abdullayev: Qardaşım deyir ki, o, öz işini həll edir, sənin işini həll etmir.
Sevinc: Birincisi, sən o qardaşına de ki, sənin qardaşın onunla gəzir. Denən ayıbdır sənin üçün. O, Ramizin (Ramiz Mehdiyev) elə işlərini görür ki… Deyirəm Gülər, (Gülər Əhmədova) sən qorxmursan? Gülər, səni öldürəcəklər! Deyir, neynim, “zato” dalımda durur da… Hara göndərir onu gedir. Gülər üçün pul söhbəti yoxdur. Gülər indi buna görə onlara lazımdır. Nə bilirsən, bəlkə Güləri üç gündən sonra tutacaqlar.
Elşad: Elə əsəbiləşmişəm ki, gecə də yatmamışam…
Sevinc: Əvvəldən bura gələndə Gülər dedi ki, 1-dən oyana olmaz (söhbət deputat seçilmək üçün tələb olunan 1 milyondan gedir).
Elşad Abdullayev: Sən ona dedin ki, Elşad müəllim belə deyir?
Sevinc Babayeva: Hə. 6 aydan sonra görəcəksən, Gülər Müslüm Səlimzadənin (Səlim Müslümovu nəzərdə tutur) yerində oturmasa… Sən nə danışırsan? Proqramı veriblər.
Elşad Abdullayev: Pensiya fondunda?
Sevinc Babayeva: Hə. Özü oranı istəyib, 6 aydan sonra ora gedəcək.
Elşad Abdullayev: Sən dedin ki, Elşad müəllim deyir ki, öz işini həll edirsən?
Sevinc Babayev: Sən görmədin ki, 5 günün içində hər şey sənin xeyrinə dəyişdi. Bu oyun başqa oyundur. Mən ona dedim ki, ancaq bir şərtlə 1 veriləcək ki, komissiyanın sədri olacaq. Ancaq komissiyaya görə veriləcək. O da dedi ki, onda Əlini (deputat Əli Hüseynovu nəzərdə tutur) atarıq insan hüquqlarına, bu da “doktor nauk”du, itələyərik ora.
Elşad Abdullayev: Sən arxayınsan ki, sabah oxuyacaqlar?
Sevinc Babayeva: Yüz faiz. Protokollar dəyişdi. Bu gün Arzuya (Arzu Səmədbəylini nəzərdə tutur) da bir az verəcəkələr, cəhənnəm olacaq. Iqbalın (Iqbal Ağazadəni nəzərdə tutur) əlilə Arzunu yola salacağıq.
Girəcək prezidentin yanına, prezident razılıq versə, “vsyo”
Sevinc Babayeva: Təsdiq zad heç nə yoxur. Prosto vərəqələr gedib. 26-sı gedəcək Konstitusiya Məhkəməsinə. Ramiz deyib sonuncu dəfə. Inan mənə, onun (Gülər Əhmədovanın) evində idim. Dedi ki, girəcək prezidentin yanına, prezident icazə versə, “vsyo”, Elşad udub. Icazə verməsə, tutacam qolundan aparacam Ramizin yanına. Ramiz qoy sözünü desin. Qalır ikinciyə, (təkrar seçkini nəzərdə tutur) qalsın, qalmır, pulu versin. Birtəhər sabahı gözlə.
Elşad Abdullayev: Istəmirəm. Niyə istəmirəm? Çünki iyrənirəm artıq.
Sevinc Babayeva: Amma mənə deyir ki, ikinciyə getsə, otursun evində, nə şəkil çəkdirsin, nə televiziyaya çıxsın. Deyir Sumqayıtda bir dənə boş yer var.
Elşad Abdullayev: Istəmirəm.
500 verdik, bu da 500
Sevinc Babayeva: Gəl qardaşlarının birini başçı qoyaq da.
Elşad Abdullayev: Bu işi qurtaraq, sonra.
Sevinc Babayeva: “Vsyo” elə, birini qoyaq başçı, getsin. Elə, Binəqədini al da biri üçün. Sonra hər şey edəcəyik də. Bələdiyyə onun əlində, məktəblər onun əlində.
Elşad Abdullayev: Gülər hardadı indi?
Sevinc Babayeva: Evdə.
Elşad Abdullayev: Indi gözləyir səni? Biz nə vaxt görüşəcəyik?
Sevinc Babayeva: Bax, indi bu gedən kimi, çıxıb gedir.
Elşad Abdullayev: Sən maşınlasan?
Sevinc Babayeva: Hə.
Elşad Abdullayev bu yerdə Ruslan adlı şəxsi çağıraraq deyir: “Sabirə denən bura baxsın, zəhmət olmasa”. Sonra Sevinc Babayeva ilə söhbətini davam etdirir:
Elşad Abdullayev: Maşın yaxındadır?
Sevinc Babayeva: Bude, burda, evin qabağındadır.
Elşad Abdullayev: Bir şey zad olar.
Sevinc Babayeva: Narahat olma da.
Elşad Abdullayev: 500 verdik, bu da 500. Amma sən Gülərin özünə denən, nə dedi verdik. 500 dedi, verdik, sonra təzədən oyun oynayırsan. Denən, o da başa düşür ki, öz işini həll edirsən.
Sabir adlı şəxs içəri daxil olur. Elşad Abdullayev ona “Sevinc xanım mənim qohumdur da, bilirsən” deyir. Daha sonra pulun maşında hara qoyulacağı müzakirə olunur.
Elşad Abdullayev: Qabağa qoysun da, əlinin altına.
Sevinc Babayeva: Hara istəyir, qoysun – alta.
Elşad Abdullayev: Qoy qabaq “sidenka”nın altına.
Həmin şəxs getdikdən bir neçə dəqiqə sonra Elşad Abdullayevlə Sevinc Babayeva da otağı tərk edir.
Deyirəm, yekə qızsan, gir qurtar, denən bir dəqiqə qəbul eləsin bunu
Elşad Abdullayev: 1 milyon dollar vermişik e.
Sevinc Babayeva: Elə ona görə narahat olma da. Sən artıqlaması ilə vermisən. O qaça bilər bu işin arxasından? Nə danışırsan, bu şahidlər var e. Bir şahid, iki şahid. Sən nə danışırsan? Əlinlə verilib ona. Niyə narahatsan?
Elşad Abdullayev: Vəziyyət get-gedə gərginləşir.
Sevinc Babayeva: Heç nə gərginləşmir. Sənin vəziyyətin çox yaxşıdır, gərgin zad deyil.
Elşad Abdullayev: Indi nə deyir, bu qız. Səndən heç vaxt söyüşlər görməmişdim, görürəm “uje” sən də söyüşə keçmisən.
Sevinc Babayeva: “Nadoela e mne”, “ona toje nadoela mne”. Deyirəm, yekə qızsan, gir qurtar, denən bir dəqiqə qəbul eləsin bunu.
Elşad Abdullayev: Bir milyon dollarlıq şeydi. Ortada da bir şey yoxdur.
Sevinc Babayeva: Dedim sən vacib deyilsən, bir dənə müəllim onu qəbul eləsin desin ki, get otur evdə, rahat ol, hər şey qaydasındadır. Bu da gedib otursun evində. Dedi mən sabah 12-də gedirəm onun yanına. Ona deyim, girsin qəbuluna, söhbət eləsinlər, çıxsın getsin evinə, getsin işilə məşğul olsun, narahat olmasın. Dedim məhkəmə, deyir ay qız sən nə bilirsən, Konstitusiya ilə olacaq (Konstitusiya Məhkəməsini nəzərdə tutur), onunla olacaq, bununla olacaq? Hamısı “çerez” bunun əlilə olacaq.
Elşad Abdullayev: Biz vermişik məhkəməyə də, məhkəməyə tapşırıq versin, iddiamızı təmin eləsin.
Sevinc Babayeva: Elə sabah deyərsən ona. Deyərsən ki, bu variant da var.
Ramiz deyib ki, Elşad oturacaq burda
Sevinc Babayeva: Nə olursa olsun, Abdullayev Elşad oturacaq burda. Binəqədi 8-dən sən olcaqsan.
Elşad Abdullayev: Ramiz müəllim deyib?
Sevinc Babayeva: Bəli də. Sən olacaqsan da. Yoxdur başqa adam.
Elşad Abdullayev: Bəs denən bizi niyə işə salıblar? Belə şey olar?
Sevinc Babayeva: Özü dedi ki, vaxtında versəydi belə şey olmazdı. Aldatdı məni, atdı mənə, nə bilim neynədi. Gedib Gülərə dedim ki, əvvəl 500 dedin, mən də gətirdim verdim.
Elşad Abdullayev: Bunun özünün gül kimi adamı vardı (Elşad Abdullayev burada özünü nəzərdə tutur).
Sevinc Babayeva: Deyir ki, fakt ondan almırlar ki. Almırlar ki.
Elşad Abdullayev: Onun sözü keçmir?
Sevinc Babayeva: Deyir, şərtlə deyil. Deyir, əvvəldən beş gün qalmış deyəcəm ona. Dedim ona 1 deyirdin, onu da yoluna qoydu. Deyir ki, dünən gördün onun sənədlərini yoluna qoydum. Neylədim orda? Sənədləri dəyişdim.
Elşad Abdullayev: MSK-da?
Sevinc Babayeva: Yalan deyirlər. Məntəqələrdə də düzgün olmayıb. Alçaqlar orada da pul zad alıblar. Bəzi məntəqələr Arzuya işdəyib. Dünən onlar hamısı dəyişdirilib.
Elşad Abdullayev: Dəqiq?
Sevinc Babayeva: Nə danışırsan? Dünən də mənimlə deyildi? Demədim sənə MSK-nın qabağındayıq? Məzahir də (MSK sədri Məzahir Pənahovu nəzərdə tutur) səni istəyir. Deyir ki, o mənim üçün yaxşıdır, “çem” bu Arzu (Arzu Səmədbəylini nəzərdə tutur). Dünən mənim yanımda girdi Məzahirin yanına. Vaxtında bizi çox gördülər burda. Dedi, sən get, mən də Ramizə dəyim. Axşam bizə Turan gələcək. Deyirəm narahat olma da, sən niyə narahatsan?
Elşad Abdullayev: Ayıb deyil? Gedir-gedir, saat 4-də verir “Aztv 1″ə, ”Lider”ə, “Speys”ə.
Sevinc Babayeva: Özləri veriblər. Üç kanalın üçünə də deyiblər dəyişin cədvəli, dəyişin.
Elşad Abdullayev: Gəlməyib axı o.
Sevinc Babayeva: Yox, orada elə şey ola bilməz.
Elşad Abdullayev: Sonra MSK-yla əlaqə saxladıq. Dedilər belə şey yoxdur. Dedilər sənlə bağlı dəyişiklik yoxdur.
Sevinc Babayeva: Yaxşı, sən də gözləyərsən. Mən ona dedim. Dedim sabah sal qəbuluna…
O, Mahirin yerini bilir
Sevinc Babayeva: Bu elədi də. Niyə elə deyirsən? Hər şey qaydasına düşdü, düşdü, düşdü. Üç gün səni gözlədilər. Elə bildilər atırsan onlara.
Elşad Abdullayev: Atmaq nəyə deyirsən? 500 dediniz, ödədim də. Atdım mən?
Sevinc Babayeva: Deyir o mənə inanmadı.
Elşad Abdullayev: Sonradan başladı o mənə atmağa. Lap belə qorxdum eee. Universitetdi dedi. Nə danışır eee. Bunun başı xarab olub, nədi? Universiteti mən idarə edirəm. Bura söhbətə kimə nə. Bu söhbəti edək sonra başqa söhbət edək.
Sevinc Babayeva: O, Mahirin yerini bilir.
Elşad Abdullayev: O bilir Mahirin işini, bilir. Nə bilirsən, biz bəlkə Mahir…
Sevinc Babayeva: O da Sənanı tanıyır.
Elşad Abdullayev: Tanıyır?
Sevinc Babayeva: Deyir Sənan “suka” şeydi, necə olub düşüb bunların yanına? Alçağın yekəsidir. Necə düşüb bunların yanına?
Elşad Abdullayev: Sənanla Mahir bir oxuyublar da.
Sevinc Babayeva: Hə də. Deyirəm dost olublar da. Belə olub.
Elşad Abdullayev: Qəribə burasındadır ki, Sənan Mətanətin bacısına yaxındır da. Təranə adlı bacısı var, ona yaxındır.
Sevinc Babayeva: Nə qədər əxlaqsız adamlardır.
Elşad Abdullayev: Bunlar iki bacı, bunlar da iki qardaş.
Sevinc Babayeva: Ay da, vay-vay. Axırı ki, “napravit” eləyəydi ki, Vəsilədi? “Okazıvaetsa” neçə vaxtdı Mahir küsürmüş, Vəsilə də gedib barışdırırmış. Əsas damdaşıdır burda.
Elşad Abdullayev: Dəqiq?
Sevinc Babayeva: “Koneçna”. Neçə dəfə küsüb, gedib barışdırıb.
Elşad Abdullayev: Belə əsəbləşirəm, Allaha and olsun.
Sevinc Babayeva: Niyə əsəbləşirsən eee?.. Qızına dedi ki…
Elşad Abdullayev: Yox, səninlə artıq-əskik danışanda vur üzünə. Denən ay bacı, sən mənə 500 demədin?
Sevinc Babayeva: Uje pul verilən gündən mənə heç nə danışmır. Sən görürsən ki, mən işdəyəm. Mən sənə yalan demirəm. Görürsən, məni çətinliyə saldı. Eliyirdim də gül kimi. Deyir ki, Eldarla (Eldar Namazovu nəzərdə tutur) bacardım, Arzu kimdi? Yeyərdim ee Arzunu. Eldar kimi adam bununla bacarmır. Düz deyir də.
Elşad Abdullayev: Isa Qəmbərdən sonra ikinci adamdır.
Sevinc Babayeva: Nə olsun? Olsun da…
Elşad Abdullayev: Eldarın nəyi var? Bir canıdır, bir özü. Müxalifətçi var a. Partiya, özü də Binəqədidə yerləşir.
Sevinc Babayeva: Bilirəm, bilirəm. Dedim hamısını. (Kiminsə adını çəkir, anlaşılmır) axmağın biridir. Çox danışan…
Elşad Abdullayev: Bolluq bazarına doğru gələndə yolun sağında…
Onun əsas işində Ramiz durur. Gözümlə gördüm ki, pulu qəbul elədi
Sevinc Babayeva: Elə oyunlara girir ki o. Narahat olma. Sən narahat olma. Bunun başında Ramiz durub. Nə desə, o olacaq.
Elşad Abdullayev: Gülər bu gün bu məsələylə bağlı Ramizlə danışdı?
Sevinc Babayeva: Bəli. Deyir ki, hüquqi cəhətdən bu nə qədər düzdür. Dedi ki, olar belə bir şey etmək. Mən də deyim və Konstitusiya da qərar versin. “Vsyo” bununla da canım qurtardı.
Elşad Abdullayev: Məhkəmə məsləsini deyirəm. Bir dəfə vermişik, təmin olunmayıb. Sabah keçər əlinə başlayar bizim əleyhimizə işləməyə.
Sevinc Babayeva: Mən ona hamısını dedim. O da getdi danışdı. Lazım deyil.
Elşad Abdullayev: Belə də ki, məsləhətdirsə…
Sevinc Babayeva: Narahat olma. Narahat olma. Narahat olma. Qorxma deyirəm sənə. Ay Allah! Özüm qaydasına qoymuşam. Qorxma. Mən özüm bilirsən niyə sakitəm? Ona görə ki, onun əsas işində Ramiz durur. “Vsyo”, o dedi, qurtardı. Qorxma deyirəm sənə. “Vsyo”, qorxma da… Sən “uje” onunla işləyirsən. Qorxma. Mənim yanımda pul verdi. Gözümlə gördüm ki, pulu qəbul elədi.
Elşad Abdullayev: Ikiniz də girmişdiniz?
Sevinc Babayeva: Uy, uy, uy… Bilirsən, necə “aferistdi”? Mənə belə eləyir e, “paçka”nın içində bir dənəsini götür say. Mən də bir dəfə saydım. Beş dənə “paçka” ayrı-ayrıdır axı.
Elşad Abdullayev: Otağında?
Sevinc Babayeva: Allah haqqı…
Elşad Abdullayev: Burada?
Sevinc Babayeva: Bax Quran haqqı. Deməli, hamısını saydırmadı da. Hər “paçka”nın içindən birini mənə verdi. “Aferist” də. Sonra birinə baxdı, dedi ki, mənə elə gəlir bu çoxdur. Mən də tez-tez saydım. Dedim… sonra baxdı dedi ki, bunlar necə bir-birinin dalınca gəlir. Nömrələr bir-birinin dalınca gəlir. Deyirəm hə də, əlbətt belə sayıblar. Sonra… Birinci çamadan açılmırdı. Dedi get çamadanı bayırda aç.
Elşad Abdullayev: 56 idi də kod.
Sevinc Babayeva: Elə bildim “00″du. Getdilər ”atvyorka” gətirdilər, sındırdılar şeyi. Vay, vay, vay. Ramiz, day müsibət…
Elşad Abdullayev: Mənə deyərdin də.
Sevinc Babayeva: Mən dedim qoy zəng edim, dedilər olmaz. “Atvyorka” ilə sındırdılar. Bir-bir açdılar. Neçə “paçkadı” onu saydı. Elə bil bir “paçka” çıxardıb mənə verirdi. Sonra yarısını verdi Gülərə saymağa. Bax-bax, sənin canın üçün. Mən sənə niyə yalan deməliyəm?
Elşad Abdullayev: Otağında?
Sevinc Babayeva: Hə, yarsını Gülər saydı, yarısını mən.
Elşad Abdullayev: Əskik gəlib eləmədi?
Sevinc Babayeva: Yox, yox, düppədüz. Sonra belə deyir ee. “Klyokları” cırmayın (gülür). Mən sənə deyirəm ki, səliqə ilə qoy. “Klyokları” cırma. Mənə dedi ki, pula belə yaxınlaşmazlar, belə münasibət bəsləməzlər.
Elşad Abdullayev: Onun üçün nədi o?
Sevinc Babayeva: Deyir ki, səliqə ilə pulu qoy. Ona görə pul tapmır. “Kaneçno” heç nədir onun üçün o pul. Orada canlı şahid var ee (özünə işarə edir). Orada canlı şahid Gülər var. Necə pulu bizim əlimizdən aldı. Gülər belə deyir ee … (Sevinc Babayeva bu yerdə Gülər Əhmədovanın adından Ramiz Mehdiyevə təhqirlər olduğunu deyir) hərəmizə 50 min də vermədi. Deyirəm sən nə danışırsan, o gördü, o sənə elə şey verər? Deyirəm, az, insafın olsun…
Elşad Abdullayev: O, öz işinə gedib.
Sevinc Babayeva: Yox, yox, yalandır. O, güclə mənim yanımda birinci çamadanı götürdü getdi. Hara getdi, bilmirəm. Mənə dedi ki, halal elə. Dedim ki, mən sənə halal edirəm. Bizim işimiz odur ki, bu keçsin. “Uje” bir gün qabaq bizə tapşırmışdıar. Onun səhərisi dedin ki, başçıyla görüşdüm. Yox, yox, yalan deyir. Quran haqqı, qardaş, yalan deyir. Mən görməsəm, demərəm sənə. Yalan deyir. Gülərin evində seyfi var. Mən görmüşəm.
Elşad Abdullayev: Mənə dedi ki, Elşad müəllim, gedib öz işini həll etməyə.
Sevinc Babayeva: Yalan deyir, yalan deyir, inanma
Elşad Abdullayev: Deyir ki, özünün vəziyyəti səninkindən pis idi.
Sevinc Babayeva: Yox, yalan deyir, inanma. Allah haqqı. Özünün vəziyyəti axşam saat 11-ə qədər ağır idi.
Elşad Abdullayev: Dünən?
Sevinc Babayeva: Yox, o günləri, seçki günü. Vərəqlər bir-bir gəlirdi. Eldar uddu, Gülər uduzdu. Onda belə variant vardı. Pərviz vardı, bir yerdə uddmuşdu. Yusif Bağırov var, o da ayrı-ayrı yerlərdə udmuşdu. Aləm qarışmışdı bir-birinə. Bu götürüb qapını bağladı. Ramiz müəllimə zəng elədi. Dedi ki, Azər mənə kömək eləmir. O da dedi ki, bir dəqiqə gözlə. Bunu qulağımla eşidirəm. Ramiz zəng etdi. Dedi mən bilmirəm, orada hər şeyi həll et. Polis gəldi məntəqələrin qabağına töküldü. Polislər Eldarın adamlarını vurdular. Polis Gülərin adamlarının birinə əl vurmadı. Qoçular gəlmişdi eee. Xanların qardaşları, qohumları. Eldarın adamlarının hamısını döydülər. Eldarın adamlarını eşşək kimi döydülər. Məhəbbət qaçdı gizləndi. Məhəbbət “upravleniya”nın rəisini gəzirdi. Qaçdı gizləndi. Gördüm ki, onun adı çıxır artıq. Sən nə danışırsan eee. Yenə deyirəm, Gülər böyük fiqura deyil. Gülər indi onlara çox lazımdı. Çünki çoxlu müxalifətçi tanıyır. Gülərin əliylə çox işlər olur. Xaricə göndərilir. Burada iclasda deyirlər ki, Ilham Əliyevə… ( ölkə başçısına yalataqlanmağı pis formada ifadə edir), xaricə gedir, başqa şey deyir, Ilhama “plyus” gətirir. Gülər Ramizə çox lazımlı adamdır. Mən sənə deyirəm (burada lent qırılır).
Sevinc Babayeva: Deyir Hacıbala (Hacıbala Abutalıbovu nəzərdə tutur) edib də. Deyir Hacıbala mənim düşmənimdir də. Deyir Arzu kimdir, ondan yapışmısan? Get Hacıbaladan yapış. Deyir onunla mən varam hələ sonra.
Elşad Abdullayev: Ramiz müəllim deyir?
Sevinc Babayeva: Hə. Dünən də Ramiz müəllim dedi ki, Hacıbala cəzasını alacaq. Hacıbala cəzasını buna görə alacaq. Gedir prezidentə yaltaqlanırdı da. Deyir, yazıqdır, Elçibəyin yadigarıdır. Prezident də dedi ki, vallah o işləri Ramiz müəllim həll edir.
Elşad Abdullayev: Bu necə yadigardır ki, prezidentin istefasını tələb edir?
Sevinc Babayeva: Naxçıvanlıdır da, istəyirlər ona kömək eləsinlər (bu yerdə telefona zəng gəlir. Telefonun zəngindən danışıq eşidilmir). Narahat olma…