AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Burası dağ başı, burası əşirət dövləti…
Burda insana acımırlar, insanı əzirlər.
Burda yazılmış qanunların yerinə güclünün diqtəsi var.
Burda ədalət yerinə , məzlumun susdurulması var.
Burda haqq anlayışını hakim olanlar müəyyən edir.
Burda cəza günaha görə deyil, kim olduğuna görə verilir.
Burda mərhəmət acizlərin xəyalı, gerçəkləşməyəcək arzusudur.
Burda sərvət təkcə zənginlik deyil, həm də imtiyazdır, hüdudsuz hüquqdur, mənasız qanunların fövqündə olmaq deməkdir.
Burda oğurluq sadə insanlar üçün cinayət, hökm sahibləri üçün qanuni məşğyliyyətdir.
Burası dağ başı, bu dağlarda sağ qalmağın yolu yaltaqlıqdan, namərdlikdən və yalandan keçir.
Burası əşirət dövləti, burda vətəndaş haqqı, hüququ yox, yalnız təbəələrin boynunun borcu olan vəzifələr, öhdəliklər var.
Bu əşirət dövlətində məmur olmaq üçün “mən qulam” demən gərək.
Burda yaşamaq üçün Allaha deyil, nəfsinə, qorxuya qul olub, quldara itaət etmək gərək.
Burda bildiyini, gördüyünü deyil, səndən istəniləni danışmaq gərək.
Burada həqiqəti danmağın, yalana bər – bəzəkli don geyindirməyin, olmayan şeylərə görə tərif deməyin, uydurmalarla divardakı çatlara mala çəkməyin məharət hesab olunur.
Burda vətənin səngəri kasıbların, gözəllikləri isə zənginlərin, imtiyaz sahiblərinindir.
Burda kasıbların övladları əlində dəyənək, istismar edən varlıların hakimiyyətini qoruyur.
Burası dağ başı, burası bir əşirət dövləti…