Qənimət Zahid
Tofiq bəyə qarşı son hərəkət cəmiyyətdə haqlı olaraq qınanılır, mühakimə edilir, bəzi dostlar hətta Vilayət Eyvazovun istefa verməli olduğunu da yazırlar.
İnsanlar arasında bu vahiməli görünütülərə hətta heyrət edənləri də görmək olur…
İnsanlar, azərbaycanlılar, dəyərli xalq, gözəl millət !
Bu, Əliyev rejiminin simasıdır. Bu, onların Azərbaycanda qurmaq istədikləri cəmiyyətin simasıdır.
Bu, yenilik deyil axı !
Bəyəm on illərdir Azərbaycanda insanlara və insanlığa qarşı bu cür cinayətlər işlənmir ? Nəyə heyrət edək ki ?
Konkret bu halda İlham Əliyev onu öz banditlərinə döydürərək şəklini də özü üçün istəyib. Baxsın, həzz alsın deyə! Baxıb «mənə qarşı çıxanları bundan da pis kökə salmaq lazımdır» hökmünü hikkəyə çevirərək azərbaycanlıları yumruqla- təpiklə deyil, sadəcə üstünə çımxırmaqla səsini kəsməyə məcbur edə biləcəyi qorxaq və rəzil bir kütləyə çevirmək iddiası ilə burnunu bir az daha dik tuta bilsin deyə təşkil edir bu cinayətləri !
Bu, hələ nədir ki ?!
Heç nə deyil. Onun özünün və çevrəsinin azərbaycanlılara qarşı törətdiyi vəhşi işgəncələrin, cinayətlərin, qətllərin, qarətlərin yanında bu nədir ki ?! Heç nə deyil !
Özünüzə sorğu verə bilərsizmi ki, Əliyev rejimi azərbaycanlıların neçə faizini qorxaq, müti, gözüqıpıq, rəzil hala salıb və siz şəxsən özünüz həmin o kütlənin içində varsınızmı, yoxsunuzmu ?
Əgər özünüzü həmin o Heydəroidlərin sırasında- arasında görmürsüzsə, o zaman heyrət etməyin. Əgər həmin heydəroidlərin arasındasızsa, yenə də heyrət etməyin.
Sadəcə düşünün : Əliyevin buxovlamaq istədiyi, axtalamaq istədiyi, məzmunsuz və fərdi istəkləri olmayan, fərdi planları- arzuları insanlığın zirzəmilərində sürünən azərbaycanlılar yaşadıqları ölkə və dünya üçün nə deməkdirlər ?
Tofiq Yaqublunu bu işgəncələr təhqir etmir. Bu işgəncə azərbaycanlıların vicdanına- heysiyyətinə vurulmuş zərbələr deməkdir.
Tofiq bəy millət kimi döyülür, fərd kimi döyülmür !
Bunu unutmayın !
Saleh Rüstəmli də millət kimi dustaqdır, fərd olaraq dustaq deyil!
Bunu da unutmayın!