İctimai fəal Bəxtiyar Hacıyev
❗Gecə-gecə nə sizin, nə Sahil Babayevin qanını qaraltmaq istəməzdim. Amma yazmasaq da olmaz, gələcək nəsillər bizi bağışlamazlar. Bir tərəfdən əlillərin, qazilərin, təqaüdçülərin boğazından kəsib dövlət büdcəsinə qənəat etdiyi deyilir, digər tərəfdən Azərbaycan tarixində bənzəri görülməmiş abırsızlıqla 10 milyon-10 milyon dollarlarla vəsaiti öz şirkətlərinə köçürürlər.
Sahil Babayev öz müavini Anar Kərimovun şirkətindən korrupsiya ilə mübarizə sahəsində məsləhət almaq üçün 30 000 manatlıq tender verəcəyi barədə yazmışdıq. O şirkət Ekvita MMC-ni araşdıranda bilindi ki, nazirlik bu şirkətə 52 000 manatlıq bir, 120000 manatlıq bir, 920 000 manatlıq bir tender verib. Hamısı da məsləhət almaq adı ilə.
Bir az daha araşdıranda məlum oldu ki, Sahil Babayev Dünya Bankından Azərbaycan dövləti adına götürülmüş 100 milyon dollarlıq Məşğulluğa Dəstək Layihəsinin 9.2 milyon dollarlıq komponentini də müavini Anar Kərimovun şirkəti Ekvitaya verilib.
Bu gün isə Rashad Aliyev bir az daha araşdırıb, məlum olub ki, 100 milyon dollarlıq layihənin digər komponentləri ilə bağlı tender verilən şirkətlərin adları fərqli olsa da, onlar da “Ekvita” MMC-nin işçiləri imiş. (Link və ekran görüntüləri şərhdə)
Ekvita naziri Ekvita əməkdaşının adına açılmış şirkətə 1.27 milyon dollar da belə guppuldadıb!
İllərdir Azərbaycandakı prosesləri izləyirəm, belə acgözcəsinə və belə abırsızcasına həyata keçirilən korrupsiya faktları görməmişdim. Hüquq-mühafizə orqanları da gözlərini yumub gözləyirlər, prezident də icra başçısı təyin edəndə deyir tenderləri şəffaf keçirin, öz şirkətlərinizə verməyin.
Ekvita naziri Sahil Babayev isə dövlət adından götürülmüş 100 milyon dolları gah öz şirkəti Aznest ilə, gah da müavininin şirkəti Ekvita ilə əridirlər, həzmi rabedən sürətlə keçirirlər.
Bu da islahatçı kadrları!