Hüquqşünas Xalid Ağalıyevin bu haqda qeydini təqdim edirik.
AİHM-in 2011-2021-ci illərdə elan etdiyi qərarlarda müəyyən edilən təzminatların ümumi məbləği 3 milyard avro təşkil edir.
Qərarların icrası üzrə büdcəsi ən çox inciyən Rusiyadır. 10 ildə bu ölkəyə çıxarılan qərarlar, ərizəçilərə 1,9 milyard avrodan artıq təzminat ödənilməsini nəzərdə tutur.
Ərizəçilərə ən çox təzminat ödəməli olan sonrakı ölkələr İtaliya və Türkiyədir. AİHM son 10 ildə İtaliyanı 293, Türkiyəni isə 205 miyon avro cərimələyib.
Rusiyadan sonra, keçmiş sovet respublikaları arasında 10 ildə ən çox cərimələnən ölkələr Ukrayna (51 milyon), Moldova (9,6 milyon) və Azərbaycandır (5,4 milyon). Ermənistan 3,8, Gürcüstan isə 1,2 milyon cərimələnib.